Qazaxıstan prezidenti Tokayev parlamentin hər iki palatasının nümayəndələri ilə məsləhətləşmələrdən sonra fərman imzalayıb.
Elchi.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika parlamentinin aşağı palatası olan Məclisi buraxıb və deputatlar üçün növbədənkənar seçkilər təyin edib. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı 2023-cü il 19 yanvar tarixli fərmanı ilə yeddinci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisini buraxdı, habelə Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatlarına növbədənkənar seçkilər təyin etdi. 19 mart 2023-cü il”, – məlumatda deyilir.
Eyni zamanda, bütün səviyyələrdə məsləhətlərin, yerli nümayəndəlik orqanlarının səlahiyyətləri ləğv edilib, növbədənkənar deputat seçkilərinin təşkili Mərkəzi Seçki Komissiyasına tapşırılıb.
Respublika başçısı hər iki qanunvericilik palatasının nümayəndələri və baş nazirlə məsləhətləşmələrdən sonra fərmanı imzalayıb.
Şayəstə