"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Tofiq Zülfüqarov ilk dəfə: XİN-də böhran yetişib…

03 Yanvar 2016 - 19:54
in XƏBƏR LENTİ
FacebookVatsap
124042 res 01

Bu günlərdə Azərbaycanın bir sıra ölkələrdəki səfirləri geri çağırıldı. Onlardan biri də keçmiş xarici işlər naziri, nüfuzlu diplomat, Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov idi. Həmin Zülfüqarov ki, vaxtilə Qarabağ danışıqlarının kritik mərhələsində vəzifəsindən istefa vermişdi və nazir vəzifəsindən könüllü istefa verən ilk adam kimi Azərbaycanın yeni tarixinə adını yazdırmışdı.

Bunu da oxuyun

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

T.Zülfüqarov nazir vəzifəsindən istefa versə də prezident İlham Əliyev hakimiyyətə gələndən sonra bu peşəkar diplomatın potensialından istifadə etmək üçün onu səfir təyin etdi. O vaxtdan bəri T.Zülfüqarov Azərbaycanı Baltik ölkələrində təmsil edirdi.

2005-ci ildə “üsyançı nazirin” səfir vəzifəsinə təyin edilməsi gözlənilməz hadisə kimi qarşılanmışdı. İndi isə T.Zülfüqarovun Latviyadakı səfir vəzifəsindən geri çağırılması və yeni diplomatik vəzifəyə təyinat almaması ictimaiyyətdə təəcüblə qarşılandı. Haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev səfir vəzifəsindən geri çağırılandan sonra T.Zülfüqarovla görüşməyə nail olan ilk jurnalistdir. O, keçmiş nazir və keçmiş səfirlə söhbətində bir sıra nüanslara aydınlıq gətirib.

-2005-ci ildə Sizi gözlənilmədən Latviya və Estoniyada səfir təyin etdilər. Bu, gözlənilməz idi, çünki siz müstəqil ictimai-siyasi xadim idiniz. Hərdən tənqid də edirdiniz. Bu təyinatdan sonra mətbuat üçün qapalı oldunuz, təyinatınızı heç cür şərh etmədiniz. İndi 10 il sonra bəlkə açıqlayasınız-niyə sizi səfir təyin etdilər?

-Yaxşı sualdır, əgər həyatımızda baş verən bütün hadisələrə cavabımız olsaydı. Mən ancaq təxmin edə bilərdim. Belə görünür ki, prezident insan kapitalından istifadəyə dair geniş yayılmış beynəlxalq praktikadan istifadə etdi-öz dövlətinə fayda verə biləcək keçmiş dövlət qulluqçularından yararlanmaq istədi.

Digər tərəfdən, siz mənum xarici və beynəlxalq siyasətə dair müstəqil qiymətləndirmələrlə çıxış edən ekspert statusumu da düzgün qeyd etdiniz. Təyinatımdan sonra baş tutan görüşümüzdə cənab prezident mənim işimin bu hissəsini xüsusi qeyd etmişdi.

Mən bir çox beynəlxalq fondların layihələrində iştirak etmişən-o cümlədən Amerika və Rusiya fondlarının. Onlar danışıqlar prosesinin təkmilləşdirilməsinə dair modellərin işlənib-hazırlanması ilə məşğul olurdu.

Bir dəfə məni erməni diasporu Miçiqan universitetinə dəvət etmişdi. Orada keçirilən konfransda mən Qarabağ münaqişəsinin nizamlanması kontekstində Ermənistanın xarici siyasətinə dair öz analizimi təqdim etdim. Bu, öz növbəsində həm də Azərbaycanın baxışı idi. Mənə yüksək etimad göstərdiyinə görə cənab prezidentə çox minnətdaram.

-Bu, prezidentin şəxsi qərarı idi, yoxsa kiminsə tövsiyəsi ?

-Əlbətdə, prezidentin özünün qərarı idi.  Hərçənd ola bilsin o başqalarının da mövqeyini dinləmişdi.

-Azərbaycanda bir sıra “problemli adamlar” var ki, hakimiyyət onları səfir göndərib ölkədən uzaqlaşdırır. Siz özünüzü bu kateqoriyaya aid edirdiniz, yoxsa burada diplomatik təcrübənizin rolu olmuşdu?

-Mən KİV-lərdə tez-tez çıxış edirdim, ancaq xarici siyasətə dair qiymətləndirmələrlə. Bütün fəaliyyətim ölkənin milli maraqları ilə uzlaşmışdı. Görünür bu amil dəyərləndirildi. Fikrimcə, əgər insanın dəqiq vətəndaş mövqeyi varsa və milli maraqlardan çıxış edirsə onu gec-tez qiymətləndirəcəklər.

-Bəs niyə sizi məhz Latviyaya göndərdilər?

-Prezident məni Baltik ölkələrinə göndərəndə açıq dedi ki, bu ölkələr Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bunlar o qədər də böyük olmayan, ancaq vacib ölkələrdir. Prezidenti həmin ölkələrin keçid dövrü təcrübəsi maraqlandırırdı. Yaddan çıxarmayaq ki, həmin vaxtlar Azərbaycanda böyük islahatların başlandığı dövr idi. Ona görə də mən səfir kimi xidməti yazışmalarımda həmin ölkələrin Azərbaycanda da tətbiq oluna biləcək islahat təcrübəsinə böyük diqqət ayırırdım.

Bundan əlavə həmin ölkələrin rəhbərləri və diplomatları postsovet məkanını Avropa İttifaqına üzv Qərb  ölkələrindən daha yaxşı tanıyırdılar. Və biz bu amildən beynəlxalq təşkilatlardakı fəaliyyətimiz zamanı istifadə edirdik.

-Sizin adınız daha çox Qarabağ problemi ilə bağlıdır. Çünki xarici işlər naziri postundan səs-küylü istefanız yaddan çıxmayıb. Uzun müddət danışıqlarda iştirak etmişiniz, problemə yaxından bələdsiniz. Son 10 ildə aparılan danışıqlarda nə baş verib? Sizdə hansısa yeni informasiya varmı? Sizin danışıqlar apardığınız vaxtdan bu yana nə dəyişib?

-Təəsüf ki, danışıqlar barədə informasiyalar çox məhduddur. Və mənə elə gəlir ki, ictimaiyyət hansısa nüanslar barədə daha çox bilsə yaxşı olar. Təsəvvür edin ki, mən danışıqlar barədə informasiyanı öz Xarici İşlər Nazirliyimizdən deyil, hansısa qərb diplomatlarından alırdım.

Bəziləri etimad göstərib informasiyaları bölüşürdülər. Mən bu və ya digər formada danışıqlar prosesinə cəlb edilmiş insanlarla görüşmüşəm. Merzlyakovla (rusiyalı həmsədr), Anjey Kasprşiklə, digər diplomatlarla. Biz səfirlərlə uzun qış gecələrində görüşəndə söhbət istər-istəməz Qarabağdan da düşürdü.

-XİN-dən heç bir informasiya yoxdur?

-Rəsmi qəzetlərdə yayılan informasiyalardan başqa heç nə. Mən hesab edirəm ki, bu düzgün deyil.

-Yəni siz danışıqların detallarına bələd deyilsiniz deyə situasiyanı obyektiv dəyərləndirə bilməzsiniz, elə deyilmi?

-Təkrar edirəm, mənim informasiyam var. Ancaq Azərbaycandan alınmış informasiya deyil.

-Bəs qərb diplomatlarından alınmış informasiyalardan çıxış etsək?

-Madrid prinsiplərinin irəli sürülməsindən sonra danışıqlarda heç nə baş vermir. Lakin əsas məsələ bu prinsiplərin həyata keçirilməsi texnologiyasındadır. Axı hər prinsipin arxasında konsepsiya və ciddi mətn dayanmalıdır, onlar həmin prinsiplərin həyata keçirilməsi detallarını açmalıdır.

Məsələn, bir neçə rayonun azad edilməsi. Bunun baş verməsi üçün sülhün dəstəklənməsi əməliyyatı işlənib hazırlanmalıdır. Həmin əməliyyatın həyata keçirilməsi konsepsiyası 400 səhifədən ibarətdir! İndi təsəvvür edin, tərəflər prinsipləri qəbul edəndən sonra hansı həcmdə sənədlər işlənib hazırlanmalıdır. Hazırda biz hərtərəfli sülh haqda deyil, böyük siyasi razılaşmanın imzalanması haqda danışırıq.

Ona görə də prezidentlərin görüşü hansısa nəticə verə bilməz. Tutaq ki, təzyiq nəticəsində Ermənistan prezidenti hansısa prinsipi qəbul edir. Lakin o daha sonra öz diplomatlarına tapşırır ki, prinsipin həyata keçirilməsi mexanizminə dair danışıqları pozsun. Yəni prinsiplərin özünün qəbul edilməsi hərtərəfli sülhün əldə edilməsinə gətirib çıxara bilməz. Hərtərəfli sülh planının qəbul edilməsinə isə illərlə vaxt lazımdır.

O zaman sual yaranır-bu danışıqları aparmaq nəyə lazımdır?

Danışıqlarda ən real və optimist yanaşma hansısa ərazilərin qaytarılmasından sonra Qarabağın müvəqqəti statusunun qəbul edilməsi modelidir. Əgər bu baş versə irəliləyişdən danışmaq olar. Lakin bunun üçün Ermənistan elə vəziyyətə düşməlidir ki, indiki status-kvodan da betər vəziyyətə düşə biləcəyini dərk etsin. Ermənistanı eyforiya vəziyyətindən çıxarmaq lazımdır. Bu danışıqların yeganə faydası odur ki, tərəflər hadisələrin daha betər ssenaridə inkişafından qaça bilirlər. Bu, atəşkəs barədə kövrək razılaşmadır.

-Yəni biz əslində heç nə əldə etmirik?

-Heç də belə deyil. Mən istəmirəm ki, sözlərin Azərbaycan hökumətinin situasiyanı dəyişmək arzusunun olmaması kimi yozulsun. Axı siyasi nizamlama nə deməkdir? Bu, tərəflərin razılaşması və sülh iradəsi deməkdir. Ancaq siz bunu istəməyən adamı məcbur edə bilməzsiniz, elə deyilmi? Ermənistan rəhbəri səmimi qəlbdən hesab edirsə ki, müharibənin qalibi odur və o, hansısa “tarixi torpaqları” azad edib, ona nə deyəsən?

-Uzun müddət danışıqlar prosesində iştirak etmişiniz. Yenidən  bu işə qayıtmaq istərdiniz?

-Bunu istəyirəm ya yox, başqa məsələdir. Əvvəl prosesin özü olmalıdır. Ona görə də bu sualı erkən hesab edirəm. Digər tərəfdən burada mənim istəyim sonuncu rol oynayır. Əgər Azərbaycan prezidenti belə qərar qəbul edirsə deməli mən danışıqlara qayıtmalıyam. Hələlik isə mən bağımda üzümləri budamaqla məşğulam.

-Bəs Sizi, təcrübəli diplomatı səfir vəzifəsindən niyə geri çağırıblar ki, indi üzüm budayırsınız? Sizin timaslınızda XİN səfirlərin rotasiyası prinsipini pozdu. Nə baş verir?

-Birincisi, mənim səfir müddətim başa çatdı. Bizdə onsuz da müddətdən artıq qalıb işləyirlər. Dünyada çox nadir halda olar ki, səfir bir ölkədə 5 ildən artıq işləsin. Ona görə də indiki halda XİN bizim daxili təlimatın bütün bəndlərinə əməl edib.

-Ancaq elə səfirlərimiz var ki, on illərdir işləyir. Onları heç kim geri qaytarmır…

-Məsələn kim?

-Eldar Həsənov. 2001-ci ildən səfirdir. Həsən Həsənov 2003-cü ildən. Tamerlan Qarayevi demirik. O qədər uzun müddətdir səfirdir ki, artıq hamının yadından çıxıb…

-Bu, artıq prezidentin qərarıdır, şərh edə bilmərəm.

-Siz Bakıya prezidentin qərarı, yoxsa XİN-in iradəsi ilə qayıtmısnız?

-Azərbaycan XİN-in daxili təlimatının tələbləri əsasında.

-Bəs sonra nə işlə məşğul olacaqsınız?

-Cəmi 2 həftə əvvəl qayıtmışam, hələ bilmirəm. Məşğul olmağa bir iş taparıq.

-Hakim elitadan kimlərləsə görüşmüşünüz?

-Mən dostlarla görüşürəm, onların arasında hakim elitaya daxil olanları da ola bilər, olmayanları da.

-Dostlar demiş, Eldar Namazovla görüşmüşünüz?

-Təəsüf ki, yox, çoxdandı görüşmürəm. Sonuncu dəfə anası rəhmətə gedəndə başsağlığı verdim.

-Rəhmətlik Vəfa Quluzadə ilə əlaqə saxlayırdınız?

-Çox hörmətli Vəfa Quluzadə ilə vəfatından az əvvəl görüşmüşdük. Məzuniyyətə gəlmişdim və onunla görüşdük. Onun vəfatı şəxsən mənim üçün böyük itkidir, eyni zamanda Azərbaycan üçün böyük itkidir. Mən ona dost münasibətimizi həmişə hiss etmişəm.

-Söhbətimizin sonunda Sizə birbaşa sual verməkdən özümü saxlaya bilmirəm. XİN-dəki indiki qeyri-sağlam vəziyyəti nə ilə izah edərdiniz? Diplomatlar, səfirlər istefa verir, müxalifətə keçir. XİN qalmaqallarla çalxalanır…

-Bizim XİN-dəki problemlər adi gözlə də görünür. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq hansısa addımlar atılır. Hərçənd ki, nəticələr haqda danışmaq tezdir.

Başa düşmək lazımdır ki, XİN-in avtoriteti toxunulmaz olmalıdır. Çünki bu nazirlik milli və dövlət maraqlarını qoruyur. XİN-dəki situasiya ictimaiyyətin müzakirəsinə açıla bilməz. Əgər XİN haqda çox danışırlarsa və yazırlarsa deməli bu strukturda böhran yetişib. Mən həyatımın xeyli hissəsini bu nazirliyə həsr etmişəm. Müstəqilliyin ilk günlərindən orada işləmişəm, milli maraqların təmin olunması üçün çox enerji sərf etmişəm. Ona görə də indi orada baş verənləri ağrı hissi ilə izləyirəm.

Previous Post

Tofiq Zülfüqarov ilk dəfə: XİN-də böhran yetişib…

Next Post

QIŞ!

Bənzər yazılar

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40

Avqustun 24-də dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Bu barədə Elchi.az...

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

23 Avqust 2026 - 12:39

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib. Elchi.az -ın məlumatına görə, hadisə yataqxananın dəhlizində...

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37

Çinli alimlər bitkilərin patogenləri daha tez tanımasına və məhv etməsinə imkan verən fərdiləşdirilmiş bitki immun reseptorları yaratmaq üçün dünyanın ilk...

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36

ABŞ Prezidenti Donald Tramp iyun ayında ümumi dəyəri 78,1 milyon dollardan 263,1 milyon dollaradək qiymətləndirilən mindən çox qiymətli kağız əməliyyatı...

Next Post

QIŞ!

Fiziki şəxslərin vergi yükü azaldıldı

Son xəbərlər

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

23 Avqust 2026 - 12:39
Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31
Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.