TikTok-un Çin ana şirkəti ByteDance, ABŞ-ın məşhur video tətbiqini satmağa məcbur edən qanunu qəbul etməsindən sonra biznesini satmaq niyyətində olmadığını söyləyib.
Elchi.az xəbər verir ki, şirkət sahibi olduğu sosial media platforması Toutiao-da rəsmi hesabında “ByteDance-in TikTok-u satmaq planı yoxdur” deyib.
Bu həftənin əvvəlində TikTok “qeyri-konstitusiya” qanununa məhkəmədə etiraz edəcəyini söylədi.
Şirkət “yalan şayiə” mənasını verən Çin hərfləri olan məqalənin skrinşotunun yer aldığı yazıda “Xarici mətbuatda ByteDance-ın TikTok-u satması xəbəri doğru deyil” deyib.
“Sat və ya qadağa” tədbiri çərşənbə günü ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb.
TikTok Çin hökumətinin ByteDance üzərində nəzarətə malik olması ilə bağlı iddiaları dəfələrlə təkzib edib.
TikTok rəhbəri Shou Zi Chew bu həftə platformada yayımlanan videoda “Biz əminik və məhkəmələrdə hüquqlarınız üçün mübarizə aparmağa davam edəcəyik” deyib.
Şayəstə Hüseynova