"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Tiflisdən Bakıya fiber-optik təhlükə – İnternet trafikimiz Rusiyanın nəzarətinə keçə bilər

08 Fevral 2016 - 09:21
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Gürcüstanın strateji fibro-optik kanalı Rusiyanın əlinə keçə bilər. 
Bu barədə Gürcüstanın sabiq müdafiə naziri, «Azad Demokratlar» Partiyasının lideri İrakli Alasaniya fevralın 7-də “Rustavi 2” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti strateji fibro-optik kanalı Rusiyaya satmaq üzərində işləyir. “Azad Demokratlar” Partiyasının lideri bunu «həyəcanlı» xəbər adlandırır.
“Gürcüstanın Avropadan internet aldığı strateji fiber-optik kabelin satışı barədə danışıqlar aparır. İndiyə kimi o, gürcü şirkətinin əlində idi. Bizdə olan məlumata görə, kanalı Rusiyanın «VımpelKom» şirkəti ala bilər”,- deyə Alasaniya vurğulayıb.
Gürcü siyasətçi bunu ölkəsinin təhlükəsizliyi üçün ciddi məsələ sayıb və məsələnin milli tənzimləmə komissiyası tərəfindən araşdırılmasını tələb edib: «Çağdaş dünyada kiber hücumlar riski həddindən yüksəkdir və bu həddindən qorxulu xəbərdir».
Burada söhbət Rusiyanın “Vimpelkom” telekommunikasiya şirkətinin törəməsi “Mobitel” tərəfindənGürcüstanın internet provayderi “Qafqaz Online”nin aktivlərinin alınmasından gedir. Bu məsələ yanvarın əvvəlində də gündəmə gəlmişdi və onda Gürcüstanın Milli Rabitə Komissiyası sədri Vaxtanq Abaşidze onda bildirmişdi ki, bu satış razılaşması “Qafqaz Online” şirkətinə məxsus magistral şəbəkələrə, o cümlədən Avropadan Gürcüstana intenet ötürən kabellərə aid deyil: “Avropadan Qara dənizin dibi ilə çəkilən kabel Gürcüstanla yanaşı Azərbaycanı və Ermənistanı internetlə təmin edir. Bu ötürücünü hazırki şərtlər daxilində satmaq olmaz və kabel “Qafqaz Online”nin mülkiyyətində qalacaq”.
Abaşidze haqqında bəha edilən Poti – Varna kabelinin satılmayacağını vurğulamışdı. “Qafqaz Online” şirkəti Azərbaycan, Gürcüstan və Ermənistana internet ötürən 1200 km uzunluğunda kabelə nəzarət edir. Kabel Qara dənizin dibi ilə 2008-ci ildə “Qafqaz Online” şirkəti tərəfindən çəkilib. Bu kabel vasitəsilə Ermənistan 85%, Azərbaycan 50%, Gürcüstan 55% internetlə təmin edilir.
Beləliklə, İrakli Alasaniya təhlükənin hələ sovuşmadığını bildirir. “Cyber Security Academy”nin təhlükəsizlik departamentinin direktoru, internetdə təhlükəsizlik üzrə mütəxəssis Elxan Sadıqlı  İrakli Alasaniyanın bu həyəcanını əsaslı sayır: “Hər halda, kanala nəzarət Rusiyanın əlinə keçəcəksə, Gürcüstan daxili trafiki təhlükəsizlik məqsəd ilə istfadə edə bilər”.
Lakin Elxan Sadıqlı Rusiyanın beynəlxalq kanallar üzərində nəzarət sistemi qurmağa risk etməyəcəyini bildirir: “İstənilən halda, bu, ciddi beynəlxalq qalmaqala səbəb ola bilər və Rusiyanı etibardan sala bilər. İndiki zamanda belə əməliyyatları gizlətmək mümkün deyil. Buna görə də Moskva belə riskə heç zaman getməz”.
Amma bununla belə, Azərbaycan mütləq diqqətli olmalıdır və bu məsələni nəzarətdən çıxarmamalıdır. Rusiya şirkətinin Azərbaycanla bağlı əldə etdiyi məlumatları İrəvana ötürməyəjəyinə heç kim zəmanət verə bilməz. Hər halda, dünyanın ən güjlü kəşfiyyat xidmətlərindən birinin sahibi olan Rusiyanın şirkətinin nələrə qadir olması məsələsində risk etmək olmaz
Previous Post

Tiflisdən Bakıya fiber-optik təhlükə – İnternet trafikimiz Rusiyanın nəzarətinə keçə bilər

Next Post

Neft bahalaşdı – 34 dollar

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Neft bahalaşdı – 34 dollar

Dollar və avro ucuzlaşdı

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.