"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

Ticarət mərkəzlərində bahalaşma

03 Mart 2015 - 09:40
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

“Sədərək”, “Binə” və “Karvansaray”da bir gecənin içində müflis olanlar var; manata görə qiymətlərin müvəqqəti img1758181ucuzluğu izdiham yaradıb, gələn həftədən isə bahalaşma qaçılmazdırPaytaxtın “Sədərək” bazarında həftəsonu canlanma müşahidə olunurdu. Hələ ki ticarət mərkəzində köhnə qiymətlər qüvvədədir. Gələn həftədən etibarən isə manatın kursunda edilən dəyişikliyə görə qiymətlər bahalaşacaq.

Bunu da oxuyun

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

 
Sahibkarlar belə danışırlar. Onların sözlərinə görə, əldə qalan malları köhnə tariflə satıb yekunlaşdırandan sonra yeni qiymət cədvəli müəyyən olunacaq. Manatın devalvasiyası ucbatından bir gecənin içində külli miqdarda zərər edən ticarətçilər deyirlər ki, qiymət artımından savayı çarə qalmayıb. Xaricdən gətirilən malların bahalaşacağını söyləyən ticarətçilər qeyri-ixtiyarı olaraq “Sədərək”də qiymətlərin qalxacağını qeyd edirlər. 
Bu vəziyyətin onların iradəsindən asılı olmadığını deyən sahibkarlar gözləyirlər ki, dollar azca ucuzlaşsın. Onlar bildirirlər ki, bazar günü olduğuna görə yarmarkada adam nisbətən çoxdur. Adi günlərdə müştəri qıtlığı hökm sürür. Hazırda yer haqları qalxmayıb.
Ticarət mərkəzinin sahibi manatın ucuzlaşmasını nəzərə alaraq ticarətçilərə müvəqqəti güzəşt edib. Ona görə də qiymətlər xeyli dərəcədə ucuzdur. İstər məişət əşyaları, istər geyim olsun, qiymətlər çox münasibdir. Son xəbər isə ondan ibarətdir ki, sahibkarlar bahalaşma dalğasına hazırlaşır. Bu malları əldən çıxarandan sonra yeni məhsulların qiymətinə uyğun olaraq tariflər dəyişəcək.
Ev əşyaları satan Müslüm deyir ki, hər kəs ucuzlaşma xəbərini eşidərək axın edib: “Əlimizdə qalan nə varsa su qiymətinə satırıq. Camaat bu fürsətdən istifadə edir. Sonra gec olacaq. Təzə qiymətlə bu qabı indi 14 manata satıramsa, 18-20 manata satacam”.
Qadın çantası satan satıcı isə 25 manata təklif etdiyi malın gələn həftədən 35 manat olacağını deyir: “Biz çox ziyan elədik. Mənim 2 min manatım batdı. Banklar əvvəldən bilirdi ki, nə olacaq, ona da hazırlaşmışdılar. Bizə xəbərdarlıq olunmadı ki, manat düşə bilər. Bir də səhər eşitdik ki, qərar veriblər. Məcbursan malı ucuz satasan”.
Kürk satanların isə alveri ölməkdədir. Bu, təkcə böhranlı vəziyyətlə əlaqələndirilmir. Yaz fəslinin gəlməsi artıq şuba alıcılarının sayına kəskin surətdə təsir edib. “Karolina valiant”la yanaşı keyfiyyətcə ondan geri qalan “Kraliça” adlı mağaza kürkləri bayıra çıxarıb satır. Müştəri cəlb etmək üçün daha münasibt qiymətlər təklif edirlər. Satıcıların sözlərinə görə, indi əldə nə varsa dəyər-dəyməz qiymətinə satmaq zamanıdır.
“Qardaş, səhər oyandım gəldim işə. Uşaqlar dedi ki, manat ölüb, dollar qalxıb. Elə bil başıma qaynar su tökdülər. Bax bir dəqiqə içində hesabladım 6 min manat ziyan eləmişəm. Bizə olan heç kimə olmadı. İndi gözümüzü dikmişik ki, bu malları sataq, əldən çıxsın. Sonra təzə partiya mal gələcək, görək onda necə olacaq. Ancaq sizə deyim ki, gedin, nə qədər ucuzdur alın. Sonra hər şey qalxacaq,”-deyə qış geyimləri satıcısı Vüsal belə deyir.
Onu da deyək ki, Rusiyadan gətirilən malların alıcılıq qabiliyyəti aşağı düşüb deyə yarmarka daha da böhrana girib. Oxşar situasiya yaxınlıqdakı “Binə” ticarət mərkəzində də yaşanır. Habelə Lökbatanda “Karvansaray” bazarında analoji vəziyyət hökm sürür.
Onların sözlərinə görə, Dağıstandan müştəriləri daha çox olurdu, indi onlar Moskvaya yönəliblər. Onu da bildirək ki, Bakı bazarlarında yaranmış durğunluq “Diqlas” və “Lotos”dan da yan keçməyib. 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən hər iki ticarət mərkəzində alıcılıq qabiliyyəti aşağı düşüb. Vəziyyətin pisləşməsi endirim kampaniyaları başlatmağa səbəb olub.
2014-cü ilin əvvəlində Bakı Metropolitenində Tağı Əhmədov erası bitəndə yüzlərlə xırda ticarətçi işsiz qaldı. Onları islahat adı ilə metro keçidlərindən qovdular.
Ticarət mərkəzlərinin zirzəmisində yerləşən qarajların təyinatı çevik şəkildə dəyişdirildi, orada piştaxtalar quraşdırıldı. İndi onların da işi ölüb.
E.SALAMOĞLU
Fotolar müəllifindir





Previous Post

Ticarət mərkəzlərində bahalaşma

Next Post

İsrail baş naziri ABŞ-la fikir ayrılığının artdığını deyir

Bənzər yazılar

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb. Elchi.az -ın məlumatına görə bu barədə...

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

17 İyun 2026 - 23:19

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Uqanda İnkişaf Bankının...

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

Next Post

İsrail baş naziri ABŞ-la fikir ayrılığının artdığını deyir

Şimali Koreya sərhədini açdı

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.