"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

The Washington Times”dan Qarabağda müharibə xəbərdarlığı…

03 Mart 2016 - 21:20
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

“The Washington Times”dan Qarabağda müharibə xəbərdarlığı...Nüfuzlu Amerika nəşrinə görə, Rusiya Ermənistanı Türkiyə ilə münaqişəyə sürükləyir; “Ermənistan regionda təklənib…”

Rusiya-Türkiyə münasibətlərində davam edən gərginlik Qərb analitiklərinin də diqqət mərkəzindədir. Siyasi təhlilçilər mövcud durumdan çıxış edərək iki regional supergüc arasında əlaqələrin mümkün perspektivlərini və nəticələrini analiz və təxmin etməyə çalışırlar. Bu zaman təbi ki, ilk öncə Ankara və Moskvanın köklü maraqlarının kəsişdiyi regionlardakı situasiya diqqətə alınmaqdadır. 
Belə regionlar isə hazırda əsasən ikidir – Suriya (Yaxın Şəqr) və Güney Qafqaz (Dağlıq Qarabağ münaqişəsi zonası). Rusiya ilə NATO üzvü Türkiyənin mümkün toqquşması ən əvvəl bu iki bölgələrdəki proseslər fonunda təhlil edilməkdədir.
ABŞ-ın nüfuzlu “The Washington Times” nəşri özünün son sayında bu mövzuya toxunaraq yazır: “Rusiya və Türkiyə arasında mübarizə təkcə Suriya səmasında getmir, həm də Qafqaza keçib”.
Jurnalist Qay Teylorun məqaləsi bu fikirlə başlayır. Onun sözlərinə görə, son aylar Moskva Ermənistanda hərbi mövcudluğunu gücləndirməkdədir: “Ötən ilin dekabrında Rusiya Ermənistanla hərbi-hava hücumundan birgə müdafiə barədə anlaşma bağlayıb. Bundan sonra Moskva İrəvan yaxınlığındakı (Erebuni –red.) Rusiya hərbi bazasında ən azı, dörd yeni “Miq-29” və çoxlu sayda digər hərbi texnika vahidləri yerləşdirib”.
“Rusiya mətbuatının məlumatlarına görə, belə bir anlaşma bir neçə ay ərzində hazırlanıb. Ancaq “Miq-29” təyyarələrinin və yeni döyüş vertolyotlarının fevralın ortalarında Ermənistana göndərilməsi Putinin Türkiyəni və onun NATO üzrə müttəfiqlərini çəkindirmək üslubuna bənzəyir”, – deyə müəllif qeyd edir.
Məqalədə daha sonra deyilir: “Beləcə, Ermənistan Rusiyanın fəal müttəfiqinə çevrilir, yoxsa Moskva Türkiyəni mühasirəyə almaq cəhdlərində sadəcə, ondan “peşka” (“piyada”-red.) qismində istifadə edib qorxudur?” Müəllif bu suala bir neçə Qərb analitikinin cavablarını almağa çalışıb.
“Ermənistanın Rusiya ilə sız tarixi əlaqələrinin olması faktdır. Və indi – Türkiyə-Rusiya münasibətləri “ölümcül həddə” çatdığı məqamda Ermənistan bu konfrontasiya kontekstində “cəbhəyanı dövlət”ə çevrilib”– deyib, Qlobal Energetika və Avrasiya Mərkəzinin baş elmi əməkdaşı, tanınmış siyasi təhlilçi Ariel Koen.
“Təhlükə var ki, Moskvanın az öncə atdığı addımlar Qafqazda etnik müharibəni qızışdırsın. Xüsusən də söhbət Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ uğrunda mübarizəsindən gedir. Görünür, Rusiya indi öz təsirini “üzə çıxarmaqla” Ermənistandan tələb edir ki, Türkiyənin düz yaxınlığında öz hərbi mövcudluğunu genişləndirsin” – məqalədə vurğulanır.
“Əgər Ermənistan naz eləsə, Rusiyanın Qarabağda rıçaqları var ki, donmuş münaqişəni Azərbaycanın xeyrinə həll eləsin” – güman edir digər ekspert, “EurasiyaNet” nəşrinin şərhçisi Castin Berk: “Ermənistan Rusiyanın “peşkası” deyil. İrəvanda əksər liderlər ölkənin Rusiya-Türkiyə münaqişəsinə cəlb olunmasından ehtiyat edirlər. Ermənistanın bu regionda müttəfiqləri yoxdur. İrəvanın Kremli könüllü şəkildə müdafiə etməsi fikri kökündən yanlışdır. Bu ölkə sadəcə, Rusiyada asılıdır və vacib məsələlərdə ona “yox” deyə bilməz”.
Qəzetin yazdığına görə, başqa təhlilçilər hesab edirlər ki, Kreml Ermənistanı faktiki surətdə, satellit-dövlətə çevirib və Putin onu Türkiyə ilə regional hökmranlıq uğrunda mübarizədə istismar edəcək. Bu yerdə müəllif ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı və keçmiş səfir, hazırda PR-firmada çalışan Adam Erelinin az öncə “Forbes” jurnalındakı məqaləsini xatırladır.
 
“Ermənistan – Putinin yeni satellit dövləti” adlı həmin məqalədə Ereli Rusiyanın işğalçı Ermənistanı sürətlə hərbiləşdirməsinə toxunaraq sual eləmişdi: “Nədən ABŞ Türkiyəyə münasibətdə Rusiyanın demək olar, aşkar təcavüzü qarşısında susqunluq göstərir?”
Məqalədə NATO-nun mənzil-qərargahının adının çəkilməsini istəməyən əməkdaşının fikirlərinə də yer verilib.
“Bəzi narahatlıqlar şişirdilib. Əgər Rusiya təyyarələri Ermənistandan Türkiyə sərhədlərinə doğru uçuşlara başlasa, bu, əlbəttə ki, Türkiyə və NATO üçün açıq-aşkar problem olacaq. Ancaq hələlik bu, baş vermir. Çünki Ermənistan hər halda rusların hər ağlına gələn şeyə icazə vermir. Yəni ruslar Ermənistanda ağıllarına gələn hər şeyi edə bilmirlər” – iddia edib, Alyans rəsmisi.
Previous Post

The Washington Times”dan Qarabağda müharibə xəbərdarlığı…

Next Post

TopAzqulu və bozbaşxanım…

Bənzər yazılar

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

16 Noyabr 2026 - 17:26

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31)...

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə Elchi.az...

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin...

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş...

Next Post

TopAzqulu və bozbaşxanım...

TopAzqulu və bozbaşxanım...

Son xəbərlər

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

16 Noyabr 2026 - 17:45
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

16 Noyabr 2026 - 17:26
“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

16 Noyabr 2026 - 17:18
Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

16 Noyabr 2026 - 17:10
Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

16 Noyabr 2026 - 16:57
Qara dənizdə batan gəminin bütün heyət üzvləri xilas edilib – Aralarında Azərbaycan vətəndaşları da var

Qara dənizdə batan gəminin bütün heyət üzvləri xilas edilib – Aralarında Azərbaycan vətəndaşları da var

16 Noyabr 2026 - 16:49
Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

16 Noyabr 2026 - 16:37
Argentinada başına top dəyən futbolçu vəfat edib

Argentinada başına top dəyən futbolçu vəfat edib

16 Noyabr 2026 - 16:25
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

16 Noyabr 2026 - 16:19
Bakıda restoranda yanğın söndürüldü – YENİLƏNDİ

Bakıda restoranda yanğın söndürüldü – YENİLƏNDİ

16 Noyabr 2026 - 16:11
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

16 Noyabr 2026 - 16:04
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub

Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub

16 Noyabr 2026 - 12:49
Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

16 Noyabr 2026 - 12:29
Modriç Messi ilə eyni göstəriciyə çatdı

Modriç Messi ilə eyni göstəriciyə çatdı

16 Noyabr 2026 - 12:16
2027-ci ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat olacaq

2027-ci ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat olacaq

16 Noyabr 2026 - 12:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.