Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək

🗓 23.05.2025 14:28 ✍️ "Elçi" qəzeti
Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
Rusiya və Ukrayna tezliklə irimiqyaslı əsir mübadiləsi həyata keçirəcək, tərəflər arasında artıq razılaşma əldə olunub. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. "Rusiya və Ukrayna indicə əsir mübadiləsi barədə razılaşıb. Bu, tezliklə baş verəcək. Danışıqlarla əlaqədar hər iki tərəfi təbrik edirəm. Bu, daha böyük bir şeyə səbəb ola bilərmi?", - o bildirib. Xatırladaq ki, Ukraynanın müdafiə naziri Rüstəm Umеrov İstanbulda Rusiya ilə aparılan danışıqlardan sonra bildirib ki, tərəflər "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəlib.

Bənzər yazılar