Texas ştatı 18 yaşdan kiçiklər üçün sosial medianı qadağan etməyə hazırlaşır

🗓 26.05.2025 18:13 ✍️ "Elçi" qəzeti
Texas ştatı 18 yaşdan kiçiklər üçün sosial medianı qadağan etməyə hazırlaşır
ABŞ-ın Texas ştatında yeni qanun layihəsi 18 yaşından aşağı olanların sosial mediadan istifadəsini qadağan etməyi hədəfləyir. Elchi.az xəbər verir ki, ABŞ-ın Texas ştatında nəzərdən keçirilən qanun layihəsi sosial media şirkətlərinin istifadəçilərin yaşını yoxlamasını məcburi edəcək, eyni zamanda valideynlərə uşaqlarının hesablarını bağlamaq hüququ verəcək. Hesablar bağlanmazsa, şirkətlər 'aldadıcı kommersiya tətbiqləri' çərçivəsində cinayət cəzası ilə üzləşəcək. Dövlət prokurorluğu həm cərimə tətbiq edə, həm də kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət edə biləcək.  

Bənzər yazılar