"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Terrordan qazananlar

14 Yanvar 2015 - 19:30
in XƏBƏR LENTİ
FacebookVatsap
img1452226Yanvarın 7-də Parisdə satirik “Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumu öz “bəhrəsini” verməkdədir. Bu terrordan sonra baş verən bir sıra hadisələr, o cümlədən atılan bəzi addımlar bunu deməyə əsas verir. Hadisələr isə çox sürətlə cərəyan edir.
Qeyd edək ki, Parisdə terror hadisəsi Avropada anti-İslam çağırışlarının artdığı bir vaxtda törədilib və gözlənildiyi kimi, bu dalğanı daha da şiddətləndirib. Baxmayaraq ki, Fransada və Almaniyada bu hadisənin İslam dini ilə əlaqəsinin olmadığına dair çağırışlar, aksiyalar keçirildi. Məlum olub ki, son bir həftədə Fransada məscidlərə, İslam mərkəzlərinə, eləcə də müsəlmanlara hücumlar artıb. Son 6 gündə ölkədə müsəlmanlara qarşı 60 irqçi hücum qeydə alınıb və vəziyyət daha da pisləşir. Hətta o həddə ki, artıq Fransanın xarici işlər naziri bəyanat verərək olayları pisləməyə məcbur olub.
Daha bir məqam ondan ibarətdir ki, bu günlərdə Fransa parlamenti İraqda İslam Dövlətinə qarşı hava hücumlarında iştirak müddətinin artırılması ilə bağlı qərar qəbul edib. Milli Assambleyada çıxış edən baş nazir Manuel Valls deyib ki, Fransa dinə qarşı deyil, ekstremizmə qarşı müharibə aparır. O, Fransanın terrorizm, cihad və radikal islam əleyhinə müharibə apardığını bildirib. Baş nazir Fransanın vətəndaşlarını müdafiə edəcəyini deyib. Yeri gəlmişkən, Fransanın Liviyada və terror olayının məsuliyyətini öz üzərinə götürmüş Yəmən əl-Qaidəsinə qarşı mübarizə məqsədilə Yəmənə ordu yeridəcəyi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Yeri gəlmişkən, artıq əl-Qaidənin Yəmən qolu video-müraciətlə çıxış edərək Paris terrorunun məsuliyyətini öz üzərinə götürüb.
Və nəhayət, məhz terror olayından sonra müsəlmanlar üçün həssas məsələ olan Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturasının yayılması artıb. Avropanın bir sıra nəşrləri karikaturaları təkrar dərc edib. BBC kimi müsəlman dünyasında geniş şəbəkəsi fəaliyyət göstərən yayın quruluşu uzun illər tətbiq olunan Peyğəmbərin rəsmini yaymaqla bağlı məhdudiyyəti aradan götürüb.
Yanvarın 14-də 3 milyon tirajla satışa çıxarılacaq “Charlie Hebdo” jurnalının üz qabığında Məhəmməd Peyğəmbərin ağlayan rəsmi yer alıb. Məhəmmdə Peyğəmbərin (s.ə.s) rəsmi olaraq təqdim olunan karikaturada “Mən Çarliyəm” yazılan plakat tutub, başının üzərində isə “Hər şey bağışlanandır” sözləri yazılıb. Yeri gəlmişkən, artıq Azərbaycanda da saytlardan biri sözügedən karikaturanı yayıb və bu, geniş müzakirələrə səbəb olub.
Terror olayından sonra karikaturanın yenidən və daha geniş şəkildə yayılması düşünülmüş provokasiya təsiri bağışlayır. Çünki aydındır ki, bu rəsmlər müsəlmanları qəzəbləndirir, etirazlara səbəb olur. Ancaq eyni zamanda paralel olaraq İslam əleyhdarlarını da hərəkətə gətirir, daha da qızışdırır.
Aydın görünən odur ki, bu prosesdən və terrordan sonra nifrətin qızışdırılmasında maraqlı qüvvələr var. əl-Qaidə, Taliban, İŞİD və sair radikal islamçı qruplar bu hadisələrin müsəlmanlara qarşı təzyiq, Avropa irqçiliyi, İslamın Qərbdə əzilməsi hadisəsi kimi təqdim etməkdə maraqlıdır. Çünki bu zaman narazıların üz tutacağı əsas ünvan Qərbə qarşı radikal çağırışlar edən əl-Qaidə, İŞİD kimi qruplar olacaq. Ümumilikdə Avropada İslama qarşı hücumların artması müsəlmanlar arasında nifrəti, radikalizmə yuvarlanma riskini daha da artıracaq. Təcrübə göstərir ki, radikal qrupların “çiçəklənmə” dövrü məhz bu cür hadisələr zamanı olur.
Eyni zamanda görünən odur ki, vəziyyətin bu şəkli alması Avropada da bir çoxlarını təmin edir. Sağçı siyasi qrupların, millətçilərin daha da fəallaşması onu göstərir ki, Avropada “ümumi düşmən” obrazının tapılması bir çoxlarının işinə yarayır. Artıq hər iki tərəf razıdır. İslamçı terrorçular Qərbin timsalında Peyğəmbəri təhqir edən, müsəlmanları əzən, aşağılayan Qərb obrazını yenilədilər. Eyni zamanda Avropanın radikal sağçı, millətçi dairələri üçün müsəlmanların şəxsində ümumi düşmən tapılıb. Hər iki tərəf məmnundur. Ortada əzilən, rahat həyatları əlindən alınansa sadə insanlardır.

 

Bunu da oxuyun

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb – Faktiki hava

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Previous Post

Türkiyə parlamentində yenə dava düşdü

Next Post

Erməni ailəsini qətlə yetirən rus əsgərinin qardaşı da qatil çıxdı – Fotolar

Bənzər yazılar

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib. Elchi.az...

Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb – Faktiki hava

Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb – Faktiki hava

08 Noyabr 2026 - 12:24

Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az - a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 3,...

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir. Elchi.az xəbər verir ki, müraciəti dövlət...

Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin etirafına görə, onların ordusunda 12 minə yaxın fərari olub

Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin etirafına görə, onların ordusunda 12 minə yaxın fərari olub

08 Noyabr 2026 - 12:18

Döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin...

Next Post

Erməni ailəsini qətlə yetirən rus əsgərinin qardaşı da qatil çıxdı - Fotolar

Erməni ailəsini qətlə yetirən rus əsgərinin qardaşı da qatil çıxdı - Fotolar

Son xəbərlər

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21
Leysan olacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Leysan olacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

08 Noyabr 2026 - 13:51
Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

08 Noyabr 2026 - 13:49
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib – VİDEO – FOTO

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib – VİDEO – FOTO

08 Noyabr 2026 - 13:43
Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb – Faktiki hava

Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb – Faktiki hava

08 Noyabr 2026 - 12:24
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22
Prezident: Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar

Prezident: Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar

08 Noyabr 2026 - 12:20
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin etirafına görə, onların ordusunda 12 minə yaxın fərari olub

Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin etirafına görə, onların ordusunda 12 minə yaxın fərari olub

08 Noyabr 2026 - 12:18
Xankəndidə Zəfər Muzeyi olacaq

Xankəndidə Zəfər Muzeyi olacaq

08 Noyabr 2026 - 12:17
İlham Əliyev: Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir

İlham Əliyev: Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir

08 Noyabr 2026 - 12:15
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb

08 Noyabr 2026 - 11:00
Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

08 Noyabr 2026 - 10:36
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib

08 Noyabr 2026 - 10:29
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2026 - 10:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.