"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Terrorçuluğu təbliğ edən 6 uşaq anasına 6 il iş kəsilib

13 Dekabr 2014 - 09:18
in DÜNYA, XƏBƏR LENTİ
FacebookVatsap

Runa Xan adlı 6 uşaq anası Facebook-da “Suriya terror postları”na görə 5 il üç ay müddətinə azadlıqdan məhrum edilib.загруженное (1)

Bunu da oxuyun

Uşaq yerində oturmadı, uçuş ləğv edildi

Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

Qərbi Avropada yayda rekord qırılan temperatur

Lyuton qəsəbəsində yaşayan Runa Xan bundan əvvəl Suriyada terrorizmi qızışdırmaq ittihamını etiraf edib.

Xəbər verilir ki, 35 yaşlı Xan, xəbəri olmadan intihar jiletinin şəklini və Suriyaya getmək yolları barədə təlimatı məxfi polis casusuna post edib.

Məhkəmə dinləməsində polis Xanın əllərində odlu silahlar və qılınc tutan övladlarının fotoşəkillərini nümayiş etdirib.

Hakim Peter Birts deyib ki, bu fotoların yalnız bir izahı ola bilər və bu da Xanın başqalarını radikallaşdırmaq niyyətidir.

“BBC Newsnight” proqramına verdiyi müsahibədə gənc qadın bildirib ki, o “inanclarını post edirmiş”.

Ekstremist islamçı baxışlar

Məhkəmə zamanı bildirilib ki, 2013-cü ilin sentyabrında Xan islamçıların analarına ünvanlanmış “Mücahid uşaqları necə böyütməli?” adlı bir məqaləni Facebook hesabından post edib.

Hakimin qənaətinə görə bu, “qadınları cihada həvəsləndirən təlimat” kimi qiymətləndirilə bilər.

Xan həmçinin, ekstremist internet saytlarından birinə etdiyi postda yazır ki, oğlunun bir gün cihadçı olduğunu görmək istəyir.

“Mən onun gödəkçəsinin zəncirbəndini bağlamağımın şəklini çəkmişəm, inşaalah bir gün onun alnına şəhid sarğısını bağlayıb, əlinə silah verəcəyəm və onu böyük oğlanların oyununda iştirak etməyə göndərəcəyəm” – yazırdı Xan.

Prokuror Paul Jarvis bildirib ki, Xan “ekstremist islamçı baxışlara” sahib bir şəxsdir.

Onun hərəkətləri məxfi polis agenti olduğunu bilmədiyi bir şəxslə Facebook-da apardığı şəxsi söhbətdən aşkara çıxıb.

Onun Facebook-da həmin məxfi polisə göndərdiyi mesajda Suriyaya getmək marşrutu göstərilmişdi. Xan bu marşrutun planını ötən cümə günü terrorizm hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş Britaniya vətəndaşı Məhəmməd Nahin Əhməddən aldığını bildirib.

Polis onun evinə 2013-cü ilin oktyabrında reyd keçirərkən onun telefonunda əynində əba, əlində oyuncaq avtomat olan iki yaşlı oğlunun fotosunu aşkar edib.

Evdən tapılmış başqa şəkillərdə Suriyada əllərində silah və hətta bir şəkildə qumbara tutan uşaqlar əks olunub.

“İnadkar” və “sadəlövh”

Xanın vəkili Jo Sidhu müdafiə etdiyi şəxsi öz dini inanclarında “inadkar” birisi kimi təqdim edib.

Vəkil deyib ki, “bu qadın tamamilə müdafiəsiz, sadəlövh olub və onun düşüncə tərzində heç bir sistemli islami təlim olmayıb”.

Lakin bələdiyyə polisinin antiterrorism bölməsinin başçısı Richard Walton bu qənaətdədir ki, Xan sosial mediadan “terrorçuluq aləti” kimi istifadə edib.

“Xan bu mediadan ekstremizmi yaymaq, başqalarını radikallaşdırmaq və uşaqlardan terrorçuluq məqsədi ilə istifadəyə haqq qazandırmaq üçün faydalanıb” – deyib polis zabiti.

O bəyan edib ki, hazırda polisin məqsədi interneti terrorçular üçün daha çətin məkana çevirməkdir.

“Bugünkü məhkəmə bu məqsədin düzgünlüyünü isbat etdi” – deyib Richard Walton

 

Previous Post

Terrorçuluğu təbliğ edən 6 uşaq anasına 6 il iş kəsilib

Next Post

David Kramer: “Azərbaycan hökumətinə bəyanatlar işləmir”

Bənzər yazılar

Uşaq yerində oturmadı, uçuş ləğv edildi

Uşaq yerində oturmadı, uçuş ləğv edildi

10 Avqust 2026 - 11:43

Kanadanın Viktoriya Beynəlxalq Hava Limanından Toronto Pearson Beynəlxalq Hava Limanına yola düşməyə hazırlaşan Porter Airlines şirkətinin PD444 nömrəli təyyarəsi, kiçik...

Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

10 Avqust 2026 - 11:31

Fransanın cənub-şərqindəki Drom əyalətində təxminən bir həftədir davam edən yanğın hələ də söndürülməyib. Elchi.az xəbər verir ki, yerli medianın məlumatına...

Qərbi Avropada yayda rekord qırılan temperatur

Qərbi Avropada yayda rekord qırılan temperatur

10 Avqust 2026 - 11:17

Avropa Birliyinin iqlim monitorinqi xidməti Kopernikdən əldə edilən məlumatlara görə, iyun və iyul aylarında Qərbi Avropada orta temperatur mövsümi normadan...

ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

10 Avqust 2026 - 10:58

ABŞ ordusu İran limanlarına tətbiq edilən dəniz blokadasının bir hissəsi olaraq 55 ticarət gəmisinin alternativ marşrutlara yönləndirildiyini, 2 ticarət gəmisinin...

Next Post

David Kramer: "Azərbaycan hökumətinə bəyanatlar işləmir"

David Kramer: "Azərbaycan hökumətinə bəyanatlar işləmir"

Son xəbərlər

Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

10 Avqust 2026 - 12:29
7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

10 Avqust 2026 - 12:22
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

10 Avqust 2026 - 12:14
Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

10 Avqust 2026 - 12:08
“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

10 Avqust 2026 - 11:55
Uşaq yerində oturmadı, uçuş ləğv edildi

Uşaq yerində oturmadı, uçuş ləğv edildi

10 Avqust 2026 - 11:43
Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

10 Avqust 2026 - 11:31
Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

10 Avqust 2026 - 11:20
Qərbi Avropada yayda rekord qırılan temperatur

Qərbi Avropada yayda rekord qırılan temperatur

10 Avqust 2026 - 11:17
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

10 Avqust 2026 - 11:10
ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

10 Avqust 2026 - 11:06
ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

10 Avqust 2026 - 10:58
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dolları ötüb

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dolları ötüb

10 Avqust 2026 - 10:50
Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

10 Avqust 2026 - 10:44
Hindistanın Assam əyalətində daşqınlarda ölənlərin sayı 100-ə çatıb

Hindistanın Assam əyalətində daşqınlarda ölənlərin sayı 100-ə çatıb

10 Avqust 2026 - 10:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.