Terrorçu terror təşkilatına necə qoşulduğunu danışıb

45

İstiqlal küçəsində terror aktını həyata keçirən terrorçu Əhlam Əlbəşir polisə bildirib ki, PKK/YPG terror təşkilatının üzvü olan sevgilisi vasitəsilə təşkilatla tanış olub.
Elchi.az xəbər verir ki, Noyabrın 13-də İstiklal prospektində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı hücumla bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
Hücumu həyata keçirən Əhlam Əlbəşir polisə verdiyi ifadəsində terror təşkilatı ilə 2017-ci ildə Menbicdə sevgilisi vasitəsilə tanış olduğunu, bir müddət sonra izini itirdiyi sevgilisi ilə görüşə bilmədiyini bildirib. Lakin o, təşkilatla əlaqəsini davam etdirib.

Atelye sahibinin təşkilatla əlaqəsi təsbit edildi

Bu vaxt terrorçu Əhlam Albəşir və qaçaq şübhəli Bilal H.-nin birlikdə qaldığı Esenlərdəki emalatxananın sahibi Ferhat H.-nin də terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib.
Ferhat H.-nin sosial media hesabından terror təbliğatı apardığı və təşkilatın göstərişi ilə Əhlam Albəşir və Bilal H.-ni evində qonaq etdiyi öyrənilib.

Şayəstə