Telefona görə həbs edildi
Amerikada baş verən hadisə hər kəsi şoka salıb. Məlumata görə, Pedro Bravo adlı oğlan bir müddət əvvəl
sevgilisi ilə qısqanclıq səbəbi ilə mübahisə etməyə başlayıb.

Həftələrlə davam edən mübahisələrdən sonra Pedro sevgilsi Kristina Aquleranı öldürüb. Sevgilisini öldürdükdən sonra dəfn etməyə yer axtaran gənc telefonunun xəritəsindən istifadə edib.
O, xəritənin verdiyi “necə yer axtarırsınız” sualına “bataqlıq, meşə, zibillik, xarabalıq” cavabını verib. Kristinanın ölümü polislərə məlum olduqdan sonra Pedro Bravo haqqında da araşdırma aparılıb. Onun telefonu polislər tərəfindən araşdırdıqdan sonra xəritəyə verdiyi sual məlum olub. Bu əsas götürülərək Baravo haqqında həbs qərarı çıxarılıb. Çox keçmədən də öldürdüyü sevgilisinin cəsədi xəritə üzrə tapdığı xarabalıq ərazidə aşkarlanıb.