Güney Azərbaycanın tanınmış vəkili Mustafa Nilinin vəziyyəti barədə məlumat yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə vəkilin bacısı Fatimə Nili sosial media hesabında paylaşım edib.
O bildirib ki, məhkəmə sistemi orqanlarına edilən çoxsaylı müraciətlərə cavab olaraq vəkilin Evin həbsxanasının təhlükəsizlik bölməsi sayılan 209-cu bəndində saxlanıldığını deyilib.
Qeyd edək ki, Tehranda yaşayan tanınmış vəkil Mustafa Nili noyabrın 7-si SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən həbs edilib.
İranda etiraz aksiyalarının başlamasından bəri saxlanılan vəkillərin sayı 16-ya çatıb.
Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...





















Son şərhlər