"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Tehran-London münasibətləri və ya “ingilis barmağı”- ŞƏRH

24 Avqust 2015 - 23:27
in SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Məhəmməd Cavad Zərif: "Böyük Britaniya ilə İran arasında qarşılıqlı hörmətə əsaslanan yeni bir səhifə açılır Bir əsrdən artıqdır ki, İranda yaşanan bütün problemlərdə “ingilis barmağı” axtarırlar. 1979-cu il inqilabından sonra bir müddət ölkədə Böyük Britaniyaya qarşı şüarlar söylənilsə də, qısa müddətdən sonra Londonla Tehran anlaşdı və münasibətlər qismən normallaşdı.

İran neftini Britaniyaya satdı. Hətta BP ən çətin zamanlarda Tehran hakimiyyəti ilə əməkdaşlığı kəsmədi. BMT Təhlükəsizlik Şurasının İrana sanksiyaları kəskinləşdikdən sonra BP İrandan çıxdı, onun ardınca Britaniya İslam Respublikası ilə diplomatik münasibətləri dayandırdı.

Dördillik fasilədən sonra avqustun 23-də Britaniya Tehrandakı səfirliyini yenidən açıb. Həmin gün İranın Londondakı diplomatik nümayəndəliyi də fəaliyyətə başlayıb.

Britaniyanın xarici işlər naziri Filip Hammond diplomatik missiyanın açılışı mərasimində iştirak etmək üçün Tehranda səfərdə olub. O, iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. Həmin tədbirdə iranlı nazir deyib ki, bu hadisə İngiltərə ilə İran arasında qarşılıqlı hörmətə əsaslanan yeni bir səhifə açır. İran XİN başçısı iki ölkə arasında müxtəlif məsələlərə fərqli münasibətlər olduğunu və onların danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünü söyləyib: “Terrorçuluğa, narkotik maddələrin qaçaqmalçılığına və radikalizmə qarşı mübarizədə mövqelərimiz üst-üstə düşür”.

M.Zərif ölkəsi ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Britaniyanın bu qurumda önəmli üzvlərindən biri olduğunu söyləyərək, London – Tehran əməkdaşlığının da genişlənməsinin mümkünlüyünü bəyan edib.

Mətbuat konfransında M.Zərif ABŞ-la diplomatik münasibətlərin qurulması məsələsinə də münasibət bildirib: “Bu, ABŞ-ın da Tehranda səfirlik açacağı demək deyil. Bizim ABŞ-la əlaqələrimiz fərqli vəziyyətdədir. Çünki İran xalqı ABŞ-ın yürütdüyü siyasətdən narahatdır. Amerika həyata keçirdiyi məntiqdənkənar siyasətini dəyişdirməlidir”.

Qeyd edək ki, 36 ilə yaxındır ABŞ-ın İranda səfirliyi fəaliyyət göstərmir və iki ölkə arasında diplomatik münasibət kəsilib. İnqilabın ilk ilində ABŞ-ın İrandakı səfirliyinə Xomeyni tərəfdarı olan tələbələr basqın etmiş və səfirliyin əməkdaşları 444 gün İranda girov saxlanılmışdı.

Ötən müddət ərzində hər iki ölkənin rəsmiləri qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətinin bərpasının mümkünlüyünü istisna etməyib.

Bununla belə, İran tərəfi ABŞ-a, Vaşinqton isə Tehrana ehtiyatla yanaşır. Çünki nə Tehranın Vaşınqtona, nə də ABŞ-ın İslam Respublikasına etibarı və inamı var. Başqa sözlə, İran hakimiyyəti son illər Orta Şərqdə baş verənlərlə bağlı ABŞ-dan qorxur. Bu qorxunun əsasında isə İrandakı hakimiyyətin devrilməsi durur.

Bir neçə gün öncə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi deyib: “Onlar hesab edirdi ki, bu razılaşma (nüvə proqramı ilə bağlı əldə edilən razılaşma nəzərdə tutulur – S.İ.) ilə ölkəmiz təsir altına düşmək üçün qapılarını açacaq. Biz qapıları bağladıq, ola bilsin gələcəkdə də açmadıq”.

O bildirib ki, ABŞ-ın İrana iqtisadi, siyasi, yaxud mədəni təsir göstərməsinə imkan verməyəcəklər.

M.Zərif də ABŞ-ın səfirliyi ilə bağlı bəyanat verəndə Xamneyinin irəli sürdüyü bu tezisə işarə edib.

Britaniyanın xarici işlər naziri Filip Hammond İrana səfərindən şad olduğunu bildirib: “2003-cü ildən sonra Britaniyanın xarici işlər naziri ilk dəfədir İranı ziyarət edir. Səfirliklərimizin fəaliyyətini bərpa etməsi simvolik deyil. Bu, önəmli məsələlərdə iki ölkənin əməkdaşlığı üçün zəmin hazırlayacaq”.

İranın nüvə problemi üzrə “altılıq” ölkələri ilə İran arasında əldə edilən razılaşma sənədinə işarə edən ingilis diplomat deyib ki, bu anlaşma nəzərdə tutulan şəkildə gerçəkləşərsə, o zaman İran-Böyük Britaniya əlaqələri iqtisadi və ticarət sahələrində də inkişaf edəcək.

Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramına dair “altılıq” ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ilə İran arasında razılaşma əldə olunub. BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi, bu ilin sentyabrında isə ABŞ Konqresində razılaşma sənədinin müzakirə olunacağı gözlənilir.

Beləliklə, yüz ildən artıqdır Böyük Britaniyanın İranda mövcudluğu narahatlıq yaradır. Buna baxmayaraq 4 illik fasilədən sonra Tehran “siyasət bunu tələb edir” prinsipi ilə Britaniyanı yenidən qarşılayır. Əslində, Tehranla London mehriban düşməndirlər, onlar bir-birilərindən ayırılsalar da, dolayı yolla da olsa bir yerdədirlər. Bu baxımdan Tehran “ingilis barmağı” olmadan keçinə bilmir.

Sədrəddin İsmayılov

REPORT.AZ

Previous Post

Tehran-London münasibətləri və ya “ingilis barmağı”- ŞƏRH

Next Post

İstanbulda əməliyyat – Polislər 90 evə basqın etdi – Fotolar

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

İstanbulda əməliyyat - Polislər 90 evə basqın etdi - Fotolar

İstanbulda əməliyyat - Polislər 90 evə basqın etdi - Fotolar

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.