Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol təsdiq ediləcək.
Elchi.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən Türk Dövlətləri Təşkilatının Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokolun təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.