Tayvanda yeni hökumət quruldu

74

Çinlə suverenlik münaqişəsində olan Tayvanda keçmiş baş nazir Su Tsenq-Çanqın kabinet istefasından sonra yeni hökumət formalaşıb.

Elchi.az-ın CNA agentliyinin verdiyi məlumata görə, keçmiş baş nazir Su Tsenq-Çanqın istefasından sonra baş nazir vəzifəsinə təyin edilmiş keçmiş vitse-prezident Çen Çien-Jenin rəhbərlik etdiyi hökumət işə başlayıb.

Çen 2016-2020-ci illərdə Tayvan lideri Tsay İnq-Venin müavini olub.

Keçmiş baş nazir Su, hakim Demokratik Tərəqqi Partiyasının (DPP) 2022-ci ilin noyabrında keçirilən yerli seçkilərdə məğlub olmasından sonra hökumət dəyişikliyinə zəmin yaratmaq üçün yanvarın 19-da istefa ərizəsini təqdim edib.

Hakim partiya 1986-cı ildə yarandığı vaxtdan bəri ən pis göstəriciyə malik olub, yerli seçkilərdə 22 bələdiyyədən yalnız 5-də qalib gəlib. Ana müxalifət Milliyyətçi Partiyası 14 bələdiyyəni qazanaraq aşkar üstünlük əldə edib.

Keçmiş Tayvan lideri Tsay seçkilərdəki məğlubiyyətdən sonra partiyasının lideri vəzifəsindən istefa verib. Yeni kabinetin 2024-cü ildə rəhbər seçkilərinə qədər vəzifədə qalacağı gözlənilir.

Yeganə