Tayvanda təlim uçuşu zamanı F-16 qırıcı təyyarəsinin qəzaya uğradığı bildirilir.
Elchi.az xəbər verir ki, Tayvan Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir ki, “F-16V” tipli qırıcı təyyarə adanın şərqindəki Hualien prefekturası sahillərində adi təlim uçuşu zamanı dənizə düşüb. Dünən yerli vaxtla saat 19:30 radələrində baş verən qəzada bir pilot qəzadan əvvəl katapult etməyə çalışıb, lakin katapultasiyanın uğurlu olub-olmadığı təsdiqlənə bilməyib. Səlahiyyətlilər itkin düşmüş pilotu tapmaq üçün axtarış-xilasetmə əməliyyatlarının başlandığını bildiriblər.
Şayəstə





















