Tayvanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Luqu bölgəsindən 78 kilometr cənub-şərqdə 5,2 bal gücündə zəlzələ olduğunu bildirib.
Təxminən 17,5 kilometr dərinlikdə baş verən zəlzələdə hələlik can və ya mal itkisi qeydə alınmayıb.
Şayəstə Hüseynova