Taylandın Baş naziri Anutin Çarnvirakul ölkənin cənubunda baş verən dağıdıcı daşqınlardan sonra Sonqxla əyalətində fövqəladə vəziyyət elan edib.
Elchi.az xəbər verir ki, Tayland hökumətinin İctimaiyyətlə Əlaqələr Departamentinin yaydığı açıqlamaya görə, Çarnvirakul daşqınlardan zərər çəkən Sonqxla əyalətində fövqəladə vəziyyət elan edən fərman imzalayıb.
Bəyanatda deyilir: “Fəlakət bölgələrindəki insanlara kömək etmək və ərzaq və əsas ehtiyacları təmin etmək üçün müxtəlif qurumlar yerləşdirilib”.
Tayland Meteorologiya Departamenti ölkənin cənubundakı bir neçə şəhərə, xüsusən də Sonqxlaya təsir edəcəyi gözlənilən güclü yağış və daşqın riski ilə bağlı xəbərdarlıq edib.
Meteorologiya Departamenti həmçinin qəfil daşqınlar və suyun səviyyəsinin yüksəlməsi riski ilə bağlı xəbərdarlıq edərək, ölkənin cənubunun bəzi yerlərində yağışın 70%-ə çatacağının gözlənildiyini qeyd edib.
Taylandda güclü yağışların yaratdığı daşqınlardan 2,1 milyon insan zərər çəkib və 13 nəfər həyatını itirib.
Şayəstə





















