Tatlısəs yenidən əməliyyat olunacaq
Tanınmış müğənni İbrahim Tatlıses başındakı sümük parçasından xilas olmaq üçün əməliyyat olacaq.
Əməliyyat ABŞ-da keçiriləcək.

Moderator.az-ın məlumatına görə, silahlı hücuma məruz qaldıqdan sonra başından yaralanan müğənninin zədələnən kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. Bu isə onun sol tərəfini iflic etmişdi. Müğənni ABŞ-da keçirəcəyi əməliyyatla sol qolunun hərəkət qabiliyyətini yenidən qazanmağı hədəfləyir.
Tatlısəs sümüyün çıxarılması üçün Ramazan Bayramından sonra ABŞ-a gedəcək.
Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci il 14 mart tarixində İstanbulun Maslak ərazisində silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni uzun müddət müalicə kursu keçib. Sənətçi hələ də oxumur və sol tərəfini hərəkət etdirə bilmir.