Tatlısəs: "Kəfənimi geyinib, gedirəm"

🗓 01.08.2014 01:19 ✍️ "Elçi" qəzeti
Bir necə il öncə silahlı hücuma məruz qalan məşhur türk müğənnisi İbrahim Tatlısəs yenidən əməliyyatimg1611317 olunacaq.
ANS PRESS-in məlumatına görə, sui-qəsd nəticəsində sol tərəfi iflic olan ifaçı Amerikaya yollanacaq. Amerikada bıçaq altına yatacaq sənətçi avqust ayının ikinci həftəsi oraya üz tutacaq.
Özəl xəstəxanaya yerləşdirilməsi planlaşdırılan İbrahim Tatlısəsin yaxınları maraqlı açıqlamalar veriblər. Onların dediklərinə görə, ifaçı inamsız olduğunu bildirib:
"Kəfənimi geyinib, gedirəm. Ya keçmiş vəziyyətimə qayıdacam, ya da ki, heç qayıtmayacam".
Qeyd edək ki, sənətçi başından güllə yarası alandan sonra uzun müddət Almaniya və Türkiyədə müalicə olunub. Onun sağ tərəfi hələ də iflic vəziyyətindədir.
 

Bənzər yazılar