Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistanın təşkilatın müttəfiqi olaraq qaldığını bəyan edib və eyni zamanda əlavə edib ki, KTMT Ermənistan rəhbərliyindən siyasi ayıqlıq gözləyir.
Elchi.az bu barədə Armenpress.am-a istinadən xəbər verir.
Tasmaqambetov bu barədə “National Oborona” jurnalına müsahibəsində bildirib.
“Biz Ermənistan rəhbərliyindən siyasi ayıqlıq və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsini gözləyirik. Vurğulamaq istərdim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün hazırkı öhdəliklər qüvvədə qalır”, – deyə baş katib bildirib.
Tasmaqambetov əlavə edib ki, həm özü, həm də katiblik qurumda qəbul edilmiş əsasnamə və prosedurlara uyğun işləyir: “Təbii ki, biz analitiklərimizin və onların əllərində olan alətlərin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla təşkilat arasında münasibətlərdəki vəziyyəti təhlil edirik”, – deyə Tasmaqambetov əlavə edib.
Yeganə