"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Tariyel Ağayevin adı keçən qətl işində yeni şok faktlar

21 Avqust 2014 - 08:51
in HADİSƏ
FacebookVatsap

Bakıda öldürülən Almaniya vətəndaşının anasından dəhşətli açıqlamalar; Vüsal Şilderin anası istintaqın img1622345gedişindən narazıdır; cinayətdə adı hallanan Xəyal Əlizadə Mətanət Şilderi küçə söyüşləri ilə təhqir edib; Prezident Administrasiyasının işçisinin qızı atasının qətldə əlinin olduğunu etiraf edib

Bunu da oxuyun

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Qubada 19 kq narkotik aşkarlanıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Son günlərin ən səs-küylü xəbərlərindən biri 2013-cü ilin mayın 2-də öldürülən Qərb Universitetinin II kurs tələbəsi, Almaniya vətəndaşı, milliyyətcə azərbaycanlı Vüsal Şilderin qətlinin yenidən gündəmə gəlməsidir. Üstündən bir ildən çox keçməsinə baxmayaraq, qətl ətrafında yeni-yeni şok faktlar ortaya çıxmaqdadır.
Qətli gündəmdə saxlayan əsas faktorlardan biri, cinayət işində adı hallanan əsas şəxsin kimliyidir.
Bu adam eks-spiker İsa Qəmbərin, eks-prezident Heydər Əliyevin və hazırkı prezident İlham Əliyevin köməkçisi olmuş Tariyel Ağayevdir. O, hazırda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi vəzifəsində çalışır.
İddianın ortaya çıxmasına səbəb kimi, mərhum Vüsal Şilderlə Tariyel Ağayevin qızı Lalə Ağayeva arasında eşq macərasının olmasıdır. Digər əsas faktlardan biri də, cinayətin təşkilatçılarından biri kimi adı hallanan, hazırda Dubayda biznes fəaliyyəti ilə məşğul olan Xəyal Əlizadənin Tariyel Ağayevin kürəkəni olmasıdır. Daxili İşlər Nazirliyi yaydığı açıqlamada Xəyal Əlizadənin İnterpol axtarışına verildiyini və Birləşmiş Ərəb Əmirliyində saxlanıldığını təsdiqləyib. Lakin görünən tərəf odur ki, Xəyal Əlizadə nəinki Azərbaycana təhvil verilməyib, o, hazırda sərbəst şəkildə biznes fəaliyyəti ilə məşğul olur. Bunu təsdiqləyən fakt da var –  virtualaz.org saytının əməkdaşı 20 avqustda Xəyal Əlizadənin mobil telefonuna zəng edib.  +971509495949 nömrəli mobil  telefona cavab verən X.Əlizadənin Avstraliyada olduğu bilinib.
Mərhumun anası Mətanət Şilder ölkə başçısına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, müvafiq dövlət qurumlarına və ölkə ictimaiyyətinə müraciət ünvanlayıb. O, müraciətini virtualaz.org saytının redaksiyasına göndərib. Müraciətdə zərərçəkmiş oğlunun qatillərinin hələ də məsuliyyətə cəlb olunmamasından şikayətlənib: “Mərhum oğlum Şilder Vüsal Adolf oğlunun 2 may 2013-cü il tarixdə qətlə yetirilməsindən uzun müddət keçməsinə baxmayaraq cinayətin bütün iştirakçıları, ən əsası isə Prezident Administrasiyasının işçisi Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadə və digər təşkilatçılar bu günə qədər də məsuliyyətə cəlb edilməyiblər. Xəyal Əlizadənin Azərbaycanın hüdudları daxilində axtarışa verilməsi barədə prokurorluğun müvafiq qərarı olsa da bu, formal xarakter daşıyır və gözdən pərdə asmaq üçündür. İnterpolun rəsmi internet səhifəsini təhlil etdikdə məlum olur ki, Azərbaycandan 200 nəfərə yaxın cinayətkar beynəlxalq axtarışa verilsə də, Xəyal Əlizadənin adı onların arasında yoxdur”.
Zərərçəkmiş oğlunun Almaniya vətəndaşı olduğuna görə, həmin xarici ölkənin daim diqqətində olduğunu da qeyd edib.
M.Şilder oğlunun Tariyel Ağayevin qızı Lalə Ağayevaya görə qətlə yetirildiyini bildirib: “Vüsalın 10 yaşı olanda mən Adolf Şilderlə ailə həyatı qurdum. O, Vüsala doğma atasından da yaxşı qayğı göstərdi, ona öz soyadını, Almaniya vətəndaşlığını, xaricdə təhsil verdi. Buna baxmayaraq, içində Azərbaycan sevgisi olan Vüsal Şilder Azərbaycana qayıtdı və Qərb Universitetinə daxil olaraq təhsilini davam etdirdi. 20 yaşlı oğlum Vüsal Tariyel Ağayevin qızı Lalə Ağayeva ilə tanış olur və onlar arasında məhəbbət yaranır. Vüsal mənə bunu açıb deyəndə ona bu işdən əl çəkməyi, Lalə Ağayevanın ailəsi ilə bizim ailənin maddi cəhətdən səviyyələrinin uyğun olmadığını bildirsək də, artıq hər şey gec idi və cavanlar heç kəsi eşitmək istəmirdilər”.
Zərərçəkmiş qətldən əvvəl oğlunun Lalə Ağayevadan ayrılması üçün təhdid və təqiblərə məruz qaldığını qeyd edib: “Lalə Ağayevanın valideynləri bu evliliyə razı olmayacaqlarını açıq şəkildə bildirəndən sonra oğluma dəfələrlə xəbərdarlıq olunmuş, onu təhdid etmişdilər. İş o yerə çatmışdı ki, oğlumun guya narkoman və cinayətkar olmasını Lalə Ağayevaya sübut etmək və Vüsalın şəxsiyyətini aşağılamaq üçün maşınına narkotik maddə atılması, tutularaq polis bölməsinə aparılması, orada bu məsələnin ictimaiyyətə çatdırılması üçün geniş bir plan qurulmuşdu.
Bu plan Tariyel Ağayevin qohumu, polis əməkdaşı İlham Məmmədov tərəfindən icra olunmuşdu. İlham Məmmədov, Qurban Novruzov, Yaşar Şümer və Kənan Babayevin işi hazırda Binəqədi Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun icraatındadır. Cinayət işindən də göründüyü kimi, oğlumun qətlə yetirilməsinə qədər onun təqib olunması, yol-nəqliyyat hadisəsinin törədilməsi, maşınına narkotik maddə atılması, cəmiyyətə narkoman və cinayətkar kimi təqdim edilməsi işini təşkil etmək və həyata keçirmək üçün polis işçilərindən və digər şəxslərdən ibarət cinayətkar qrup uzun müddət və planlı şəkildə iş aparıb. Amma bu niyyətlərini də həyata keçirə bilməyənlər ən alçaq yola əl ataraq oğlumu vəhşicəsinə qətlə yetiriblər”.
Almaniya vətəndaşı Mətanət Şilderin sözlərinə görə, istintaq düzgün aparılmayıb. İstintaq zamanı həm onların, həm də iş üzrə qanuni nümayəndəsi Aslan İsmayılovun hüquqları kobud şəkildə pozulub. O, bildirib ki, cinayətdə şahid qismində iştirak etməli olan insanlardan Lalə Ağayevanın adı ümumiyyətlə, şahidlər siyahısına salınmayıb. Zərərçəkmiş bununla bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, cavabsız qaldığını söyləyib.
M.Şilder müraciətdə bildirib ki, Tariyel Ağayevin qızı oğlunun qətlində atasının əlinin olduğunu etiraf edib: “Vəfa mənə dedi ki, oğlumu onun əri Xəyal öldürməyib, bu qətlin arxasında atası Tariyel Ağayev dayanır. Vəfa məndən sakitləşməyi xahiş etdi, dedi ki, daha olan olub, keçən keçib, sənin oğlunu daha heç nə, heç kim geri qaytara bilməz. Mən isə öz növbəmdə dedim ki, əgər sənin ərin Xəyal Əlizadənin heç bir günahı yoxdursa və bu qətlin arxasında dediyin kimi, yalnız Tariyel Ağayev dayanırsa, onda qoy ərin Xəyal Bakıya qayıdıb bu dediklərinizi məhkəmədə də təsdiqləsin”.
Mərhumun anası ilə qətlin təşkilatçısı kimi adı hallanan Xəyal Əlizadə arasında olan SMS yazışması mətbuatda yayılıb. Açıq şəkildə Xəyal Əlizadə Mətanət Şilderi ən ağır küçə söyüşləri ilə təhqir edərək, qətlə yetirilən oğlunun goruna söyməkdən çəkinməyib. Ardınca da o, Mətanət Şilderi təhdid edərək, şikayətinə son qoymağı tələb edib.
Onu da qeyd edək ki, bu qətldə adları hallanan Tariyel Ağayev və İlham Məmmədovun törətdikləri iddia edilən qətl hadisəsi təkcə bununla bitmir. Onlar 2011-ci il iyunun 5-də müəmmalı şəkildə dünyasını dəyişən polis zabiti Nofəl Dadaşovun ölümündə də suçlanırlar. Bununla bağlı dəfələrlə mətbuata açıqlama verən mərhumun atası Qəzənfər Dadaşov oğlunun elektrik cərəyanı vurmasından yox, Tariyel Ağayev tərəfindən öldürülməsindən şübhələndiyini bildirib: “Oğlum İlham Məmmədovla dostluq edirdi. Hətta onu Qubadan istirahətdən Bakıya təcili qayıtmağa da İlham vadar edib. Oğlum onunla görüşəndən az müddət sonra mənə zəng gəldi ki, elektrik cərəyanı vurub. Hadisə yerində İlham özünü çox şübhəli aparırdı. Gah deyirdi, hadisə yerində olmuşam, gah da olmadığını deyirdi. Vüsal Şilderin qətlində İlham Məmmədovun adı hallanandan sonra mənə hər şey aydın oldu.
 Həmin qətldə də Tariyel Ağayevin adı çəkilirdi. Hətta mərhumun anası oğlunun Tariyel Ağayevin sifarişi əsasında qətlə yetirilməsi ilə bağlı müsahibələr verirdi. Tariyel Ağayev və İlham Məmmədov arasında yaxın münasibət, qohumluq əlaqəsi olub. Onunla münasibətim gərgin olub və ondan hər an zərbə gözləmişəm. Bərdə Yağ Pendir Zavodunun 2003-cü ilə qədər rəhbəri olmuşam. 2002-ci ildən başlayaraq, Tariyel Ağayev mənə şəriklik təklif edirdi. Əvvəllər razı olmasam da, sonradan razılaşdım. Bütün müsibətlər bundan sonra başıma gəldi”.
Sonda onu qeyd edək ki, Vüsal Şilderin qətli ilə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Bu məsələ ilə bağlı mövqe bildirmək istəmədilər. Qeyd edək ki, V.Şilderin atalığı Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. Bu qətllə bağlı Almaniyanın baş kansleri Angela Merkel də məlumatlandırılıb. Almaniya qanunlarına görə, əgər onun vətəndaşı hər hansı ölkədə öldürülürsə cinayətkar tapılana kimi iş davam etdirilir. Almaniyanın kriminal polisi də bu işə nəzarət edir.
Mövzuya yenidən qayıdacağıq.
Cavanşir ABBASLI

 

Previous Post

Tariyel Ağayevin adı keçən qətl işində yeni şok faktlar

Next Post

Azərbaycanlı İŞİD-çini qohumları qəbul etmədi

Bənzər yazılar

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06 Oktyabr 2026 - 17:25

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib. Müdafiə...

Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb. Elchi.az DİN-ə istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin...

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində gəmi heyətində olan 3 Azərbaycan vətəndaşı...

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16

5 oktyabr tarixində Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Bu barədə...

Next Post

Azərbaycanlı İŞİD-çini qohumları qəbul etmədi

Azərbaycanlı İŞİD-çini qohumları qəbul etmədi

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.