Tanzaniyada naməlum infeksiya yayıldı: beş nəfər ölüb

🗓 17.03.2023 23:20 ✍️ "Elçi" qəzeti
Tanzaniyada naməlum infeksiya yayıldı: beş nəfər ölüb
Ölkənin şimal-qərbində, Uqanda ilə sərhəddə yerləşən Tanzaniyanın Bukoba şəhərində müasir elmə məlum olmayan yoluxucu xəstəlik aşkarlanıb. Həkimlər yeddi nəfərdə bu xəstəliyə diaqnoz qoyub, beşi artıq dünyasını dəyişib. Elchi.az Faktmedia.az-a istinadən  xəbər verir ki, bu barədə “Arab Nevs” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. "Səhiyyə Nazirliyi, şəhər Bukobada indiyədək beş nəfərin ölümünə səbəb olan naməlum xəstəliklə bağlı xəbərdarlıq edib" Bildirilir ki, simptomlar arasında həkimlər qızdırma, qusma, qanaxma və qaraciyər çatışmazlığını qeyd edirlər. Xəstəliyin ətraflı öyrənilməsi üçün xəstələrdən nümunələr götürülüb. Havar Şəfiyeva

Bənzər yazılar