Güney azərbaycanlı tanınmış ədəbiyyaçı, şair və yazıçı Yədullah Məftun Əmini dekabrın 1-də 96 yaşında dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, Əmini 1926-cı ildə Güney Azərbaycanın Sayınqala (Şahindej) bölgəsində anadan olub. Uşaq ikən ailəsi ilə birgə Təbrizə köçüb və orta təhsilini orada alıb. Sonra Tehran Universitetinin Hüquq fakültəsini bitirib, uzun illər ədliyyə orqanlarında çalışıb.
Şairin Azərbaycan türkcəsində yazdığı “Aşıqlı karvan” poeması Güney azərbaycanlı ədəbiyyatçı və ədəbiyyatsevərlər arasında daha çox tanınıb.
Yədullah Məftun Əmini 10-dan çox ədəbi əsərin müəllifidir.
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...





















Son şərhlər