"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Tanınmış jurnalist Prezidentə müraciət etdi: “Həyatımız kənar müdaxilələrlə izlənilir”

27 İyun 2015 - 17:51
in MANŞET
FacebookVatsap

KHPhz584cPP3Haqsızlığın bir bu qədər boy atdığı zamanda susmağın mümkünsüz olduğunu anlamaq, məncə, problemə çevrilməməlidi. Təhdidin, təzyiqin, terrorun, hətta təhqirin belə ilan kimi sakit-sakit evimizin içinədək süründüyü məkandayıq: Axı, biz yaxşı ev sahibiyik… …

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Milli Məclisin iclası başlayıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Hər halda, Allaha inanırıq, amma nə Allahu-Əkbər deyib baş kəsənlərdən, nə də alçaq-ufacıq daxmalarda oturub hər şeyi xüdavəndi-aləmin ixtiyarına buraxan aldadılmış sadəlövh müsəlmanlardan deyilik.

Əlbəttə, Tanrı sınaqlarına dözümlüyük; onları yüz verstdən tanıyırıq və bu sınaqların ən azı iradə, dözüm, əxlaq, mədəniyyət kimi insani cəhətlərlə cilalandığına əminik.

Amma bu gün başkəndimizdə, min illərdi istisinə qızındığımız ocağımızda, Birinci Avropa oyunlarına əsl mənada sahiblik etdiyimiz evimizdə, nə Allah, nə də bəndə tanıyan Avropa “oyunlarına” düşmüşük! Bunun fərqindəyik!
Onun da fərqindəyik ki, buqələmun kimi rəng verib rəng alan, hər fürsətdə sifətini dəyişənlərin məqsəd və məramını anlamaq olduqca çətindir. Amma həm Qərbin, həm də Avropanın bəzi aparıcı dövlətlərini (bundan sonra Qərbin və Avropanın – İ.R.) üstümüzə qaldıran, evimizin içinədək gətirib çıxaran hər nədisə, bunun nə Allaha, nə bəndəyə, nə əxlaqa, nə də mədəniyyətə dəxli yoxdur!

Çünki onların ayaq izlərini dünya yaxşı tanıyır. Hər şey göz önündə deyilmi: Hara qədəm basıblarsa, hara əl uzadıblarsa, orada bir münaqişə ocağı qalanıb, qan su yerinə axıb.

Diqqət! Viran qoyulan ölkələrin xarabalıqları, dinc insanların faciəsi artıq Qərbin və Avropanın “çörək ağacına” çevrilib. İndi bu ölkələrin şit-şit üzümüzə irişən siyasət “tanrıcıqları” və onların ölkə-ölkə, paytaxt-paytaxt, kənd-kənd, ev-ev sülənən çiyni heybəli “dərvişləri” Azərbaycanı hədəfə almaqla bizə həm də təhlükəli bir mesaj göndərirlər: “oyun”larımızın növbəti turu və təyinatı üçün fərqli bir meydana ehtiyacımız var…

Bu təzyiqi, bu iddianı, bu “səlib yürüşünü” şərtləndirən ən əsas cəhət isə, onların, yəni siyasət “tanrıcıqları”nın və çiyni heybəli “dərvişlərin” tanımaza-bilməzə, qapımızı döymədən həyasızcasına evimizin içinə soxulmasıdır! Bu artıq milli təhlükəsizliyimizin təməl prinsiplərinə yönəlmiş və xüsusi plan əsasında hazırlanmış çox ciddi təhdiddir: milli təhlükəsizliyimizin dayanıqlı sütunlarına asta-asta endirilən külüng zərbələrinin səsi artıq aydın eşidilir. Amma bu dayanıqlığın nə vaxtadək davam gətirəcəyini proqnozlaşdırmaq daha geniş, daha məzmunlu, daha ixtisaslaşmış auiditoriyanın çiyninə düşür. Çünki o zərbələrin öz xarakterini dəyişəcəyinə heç kim zəmanət vermir. İndiki məqamda vaxtın azlığı isə imkanlarımızın məhdudluğunu şərtləndirir.

O üzdən mənim və mənim kimi milyonlarla sadə adamların həm də ölkə başçısına müraciət etməkdən başqa çarəsi qalmır:
Cənab prezident, bizim həyatımız çox ciddi kənar müdaxilələrlə izlənilir. Dünən vətəndaşları fərd-fərd dövlətdən qoparmağa çalışan güclər bu gün artıq öz çirkin planlarını ailə müstəvisində cızırlar.

Bu planlar, hələ ki, ilk baxışdan “iynə ilə gor eşməyə” bənzəyir, çünki tarixin çarxını fərqli istiqamətdə hərəkətə gətirmək bütün hallarda həmişə çətin olub, amma onu dayandırmaq, inanın, ondan da çətindi; çünki insan iradəsi daxilində deyil; zamanın işidi!

Bu, təqribən yeddi yaşlı uşağın böyük bir platinanı dağılmaqdan necə qurtarmasına bənzəyir: O uşaq platinanın ortasından asta-asta sızan suyu balaca barmağı ilə kəsir və bununla da, böyük bir fəlakətin qarşısını almış olur.

Yəni, bu planlar, hələ ki, ilk baxışdan “iynə ilə gor eşməyə” bənzəsə də, vaxtında qarşısı alınmasa, böyük-böyük faciələrin lavasına çevriləcək; xoş günlərdə yanımızda olanlarla pis gündə arxamızda dayananlar arasındakı fərqi tanıdacaq!

Çünki telekanalların reytinqini ölçən inhisarçı AGB qrupu kimi məqsədli şəkildə yaradılmış siyasətaltı təşkilatlar mədəniyyət, söz və vicdan azadlığı adı altında pərdələnə-pərdələnə nəinki dövlətimizi çox asanlıqla nüfuzdan salmağa cəhd göstərir, həm də biz insanların evinə soxulur, beyninə girir, milli düşüncəsinə müdaxilə edir, adımızdan danışır. Dünyaya sübut etmək istəyir ki, guya biz azərbaycanlılar Birinci Avropa oyunlarını hətta televiziya kanalları vasitəsilə izləməkdə belə maraqlı deyilik. Halbu ki, “İdman Azərbaycan”, “AzTV” və “İctimai TV” kimi telekanallar  peşəkarlıq nümunəsi göstərərək hər bir Azərbaycan vətəndaşı üçün əsl mübarizə meydanına çevrilib…

Beləliklə, AGB qrupu kimi syasətaltı təşkilatlar dünən ayrı-ayrı fərdlərin, bu gün isə ailələrin dünyagörüşünü proqramlaşdırmağa cəhd göstərir. Bu, həm də vətəndaşların robotlaşdırılması deməkdir.

Bu davamlı və inadkar axındır.

Davamlı və inadkar olduğu üçün güclüdür, təhlükəlidir.

Savadı, dünyagörüşü olanlar vəziyyəti düzgün qiymətləndirir, amma cəmiyyətin əksəriyyət təşkil edən (bütün dünyada belədir – İ.R.) alt qatı güclə seziləcək müqavimətdən sonra bu davamlı və inadkar axının təsiri altına düşür.

Bununla da, cəmiyyətin əksəriyyət təşkil edən alt qatı robota çevrilir.

İdarəetmə pultu Qərbin və Avropanın əlində olan robota…

İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenant

Previous Post

Tanınmış jurnalist Prezidentə müraciət etdi: “Həyatımız kənar müdaxilələrlə izlənilir”

Next Post

Blatter bir daha FİFA prezidentliyinə iddia etməyəcək

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Next Post

Blatter bir daha FİFA prezidentliyinə iddia etməyəcək

Blatter bir daha FİFA prezidentliyinə iddia etməyəcək

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.