Tailandın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 33-dən 55-ə yüksəlib.
Elchi.az xəbər verir ki, bu barədə “Tairath” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, qurbanlar Sonqxla əyalətinin sakinləri olub.
Tailand Hərbi Dəniz Qüvvələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında və əhaliyə humanitar yardımın çatdırılmasında iştirak edir. Daşqından təxminən 2 milyon insan zərər çəkib.
Sonqxla əyalətinin hakimiyyət orqanları bazar ertəsi günü təxminən 160.000 insanın yaşadığı Hat Yai şəhərinin təxliyə olunduğunu elan edib.
Məryəm





















