Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində daha bir dinc sakin həlak olub.
Tərtər rayonunun Həsənqaya kəndinin icra nümayəndəsi İlqar Qasımov açıqlamasında deyib ki, mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb:
“Mərmilər mərhumun kürək nahiyyəsindən girib, sinə nahiyyəsindən çıxıb. Hazırda yas mərasimi keçirilir. ”
Qeyd edək ki, ailə Kəlbəcər rayonundan məcburi köçkün düşüblər və Həsənqaya kəndində məskunlaşıb.