“Azərbaycan Respubliaksı (Elm və) Təhsil Nazirliyinin 28 iyul 2022-ci il tarixli F-462 nömrəli əmrinin 7 nömrəli əlavəsi olan “Tədris planlarına dair qeydlər”-in 14-cü bəndinə görə dərsdənkənar məşğələlərə ayrılan saatlar şagirdlərdə iqtisadi və maliyyə savadlılığı, məntiq, mənəviyyat, etika, insan hüquq və azadlıqları, həyat fəaliyyətinin təhlükəsizliyi və sair üzrə bilik və bacarıqların mənimsənilməsinə xidmət edən müvafiq kursların tədrisinə verilir”.
Elchi.az-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov FB hesabında qeyd edib:
“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01 sentyabr 2022-ci il tarixli F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakultativ kursların) təşkili qaydası”nın 1-ci bəndinə görə isə dərsdənkənar məşğələ şagirdlərin meyl, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına, peşəyönümünə yönəlmiş məşğələ forması olmaqla iqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquq və azadlıqları, həyat fəaliyyətinin təhlükəsizliyivə üzrə bilik və bacarıqların mənimsənilməsinin təmin edilməsi müvafiq dərsdənkənar məşğələlər vasitəsilə həytata keçirilə bilər.
Əvvəl verilən əmrdə qeyd edilib ki, dərsdənkənar məşğələlər aşağıdakı kursların tədrisinə verilir:
İqtisadi və maliyyə savadlılığı
Məntiq
Mənəviyyat
Etika
İnsan hüquq və azadlıqları,
Həyat fəaliyyətinin təhlükəsizliyi
Sair üzrə
Sonra verilən əmrdə qeyd edilib ki, dərsdənkənar məşğələlər biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına, peşəyönümünə yönəlmiş məşğələ forması olmaqla aşağıdakı sahələrin tədrisinə verilə bilər:
İqtisadi və maliyyə savadlılığı
Mənəviyyat
İnsan hüquq və azadlıqları
Həyat fəaliyyətinin təhlükəsizliyi
Sonrakı əmr ilə təsdiq edilən sənədin əvvəlki əmrlə təsdiq edilən sənddən fərqi budur ki, bu sonradan təsdiq edilsə belə norma müəyyən edən qaydadır. Buna görə də, bu sənddə konkret olaraq məntiq, etika və sair üzrə bilik və bacarıqların mənimsənilməsinə xidmət edən müvafiq kursların tədrisin aparılması barədə xüsusi göstəriş yoxdur və bəndin sanksiyası tövsiyə xarakteri ilə verilmişdir. Lakin əvvəlki əmr qaydalara əsaslanaraq konkret olaraq bu tədris ili üçün konkret göstəriş olaraq verilmişdir.
Hazırda “dərsdənkənar məşğələ və fakultativ kurs” adlalanan bu dərs forması əvvəllər “fakultativ, fərqi və qrup məşğələsi” adlanırdı. Adından görüdüyü kimi bu məğələ formasından hər hansı səbəbdən fənn üzrə geridə qalan və ya istedalı uşaqlarla fərdi, bir-neçə nəfərlik qrup, eləcə də bütün siniflə tam olaraq dərs aparmaq üçün nəzərdə tutulurdu. Lakin hazırda bu məğələ və kurslar ancaq tam siniflə və tədris planlarında nəzərdə tutulmayan sahələrin tədrisi üçün nəzərdə tutulur. Sənəddə açıq-aydın yazılmasa da qeyddəki “dərsdənkənar məşğələlər şagirdlərin sair üzrə bilik və bacarıqların mənimsənilməsinə xidmət edən müvafiq kursların tədrisinə verilir” və qaydadakı “şagirdlərin biliklərinin genişlənməsi dərsdənkənar məşğələlər vasitəsilə həytata keçirilə bilər” fikri onu göstərir ki, dərsdənkənar məşğələ və fakultativ kurslar tədris planında nəzərdə tutulan fənlərin daha yaxşı tədris edilməsinə verilə bilər. Sənddə dərsdənkənar məşğələ və fakultativ kursun dərnəklərlə ciddi bir fərqinin olmaması anlaşılır.
Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyinin 01 sentyabr 2022-ci il tarixli F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakultativ kursların) təşkili qaydası”nın 3-cü bəndinə görə dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz. Bu bənddən anlamaq olmur ki, burada həftəlik saatların miqdarı dedikdə sinif üzrə tədris planında nəzərdə tutulan həftəlik saatların miqdarı nəzərdə tutulur yoxsa məşğələni tədris edən təhsilverənin tədris etdiyi həftəlik dərslərin miqdarı. Qaydanın əvvəlki və sonrakı bəndlərinin tematikası göstərir ki, bu norma sinifdə tədris edilən həftəlik dərslərin miqdarına aiddir. Lakin məntiqlə baxdıqda bu normanın təhsilverənlərin həftəlik dərs saatlarının miqdarı kimi nəzərdə tutulması anlaşılır”.
Şayəstə