"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Təcridxanada məhbuslar üçün fantastik “preyskurant”

12 Dekabr 2015 - 22:16
in XƏBƏR LENTİ
FacebookVatsap
Təcridxanada məhbuslar üçün fantastik “preyskurant”

Əvəz Zeynallı gizli detalları açıqlayır; “Nəfəsliyini açıq qoymaq – ayda 150-200 manat, kameranın qapısını açıq saxlamaq 800-1000 manat, kameraya ”plitka“ qoymaq 700-800 manat, mobil telefon saxlamaq 3000-5000 manat”…

Bunu da oxuyun

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

MTN generallarının, zabitlərinin, bankirlərin səs-küylü həbsləri, türməyə düşmələri yeni bir mövzunu da aktual etdi. Orada varlı məhbuslar üçün hansı şərtlər, “yazılmamış qanunlar” hökm sürür? Pulun varsa, türmə sənin üçün “ev” ola bilərmi? 
Kürdəxanıda istintaq təcridxanası tikilən zaman tanınmış müxalifətçilərin klassik bir “qarğışı” vardı: “Özlərinə qismət olsun”. Hətta ölkənin son 10 illik tarixində hər inqilab ehtimalında bu söhbət aktuallaşır. Müxalifətçilərin dilindən bu kəlmələri eşidirik: “İnşallah, hakimiyyətə gələcəyik və o türmələri indiki məmurlarla dolduracağıq”.
Doğrudur, müxalifət ondan gözləniləni edib hakimiyyətə gəlmədi, türmələri də hazırkı iqtidar nümayəndələri ilə doldurmadı. Amma proseslər sürətlə, fərqli istiqamətdə cərəyan etdi və iqtidar öz kadrlarını bir-bir türməyə göndərdi. Təbii ki, ilkin olaraq Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanasına.
Bu günə qədər yolu ordan keçən müxalifətçilər də az deyil. Onlarla, eləcə də vəkillərlə danışıb maraqlandıq. Kürdəxanı həyatını digər türmələrdəki həyatdan nə ilə fərqləndirmək olar? Şərait, üstünlüklər, bəzi özəlliklər. Bəzən kluarlarda dolaşan söhbətlərdə həbsxana işçilərinin, nəzarətçilərinin vaxtilə dövlət qulluğunda çalışmış məmurların, varlı iş adamlarının həbsindən xeyli məmnun olduğu üzə çıxır. Çünki onların türmələrə düşməsi işçilər üçün “yağlı qapı” anlamını daşıyır. Hər qulluq üçün neçə min manat pul, hər jestin çox ağır qarşılığı… Bütün bunlar məhbəs həyatının “olmazsa olmaz”ı sayılır.
Keçmiş məhbuslar birmənalı şəkildə qeyd edirlər ki, əslində istintaq təcridxanası məhkəməyə qədərki dönəm üçün olduqca əhəmiyyətli yer sayılır. Məhbusun ilk həbs stressini dəf etməsi üçün istintaq təcridxanası, ordakı şərait, psixoloji mühit önəm daşıyır. Türməni qəbirlə müqayisə edənlər bu səbəbdən də şəraitlə bağlı bəzi nəfəsliklərə xüsusi önəm verirlər.
“Xural” qəzetinin baş redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı bizimlə söhbətində bildirdi ki, son dönəmlərdə tutulan məmurların hamısı olduqca zəngin adamlardır. Onun sözlərinə görə, bu imkanın miqyası o qədər böyükdür ki, zamanında tonlarla dolları, manatı daşıyıblar: “Bizim həbsxanalarda da yaxşı yaşamaq üçün pul kifayətdir. Kilolarla da pulu olan adamlar hər şeyi edə bilər. Penitensiar sistemdə hər şeyi pulla etmək, hətta bayırdakından daha yaxşı yaşamaq mümkündür. Təbii ki, müəyyən istisnalar var. Birinci şəxsin nəzarətində olan adamlar istədiklərini etməyə bilərlər. Təkcə Akif Çovdarov nümunəsinə baxmaq kifayətdir. Onun geyim tərzi, qandalın arxadan deyil, qabaqdan vurulması onun ”yaxşı yaşadığını” göstərir. Kimə qandal qabaqdan vurulur, kimə arxadan – bunun özü belə ciddi detaldır. İmran Tağızadəni yəqin xatırlayırsız, o vaxt Mədət Quliyevin müavini idi. O zaman bir çıxış etmişdi ki, kimin pulu varsa, şəraiti də yaradır. Amma daha sonra o çıxışı təkzib etdilər. Sistemi özləri qurduqlarına görə bilirlər. Bugünkü sistemdə kim pulunu verirsə, mahnısını sifariş verir”.
Müsahibimiz daha sonra pul hesabına Penitensiar Xidmətdə nələr edilə biləcəyinin mümkünlüyündən danışdı. Dedi ki, ümumiyyətlə, pullu və imkanlı adamlar üçün indiki Penitensiar Xidmətdə hər şey etmək mümkündür. Ən xırda şeylərdən ən çətinə – qanunun imkan tanımadığı şeylərə qədər: “Buna Ədliyyə işçilərinin imkansızlıqları, maaşlarının az olması da təkan verir. Ayda 450-600 manat alan bir ”nadzor” hər zaman milyonlarla pulu olan dustaqdan asılı olur. Ona görə də onun dediklərini edir. Sadəcə, hər şeyin qiyməti var. Onlardan bəzilərini sadalamaq olar – hava vermək, kameranın “kormuşka” adlanan nəfəsliyini açıq qoymaq – ayda 150-200 manat, kameranın qapısını açıq saxlamaq 800-1000 manat, kameraya “plitka” qoymaq 700-800 manat, mobil telefon saxlamaq 3000-5000 manat, tez-tez növbədənkənar görüş imkanı əldə etmək 300-500 manat və s. Təcridxanaya içki keçirməkdən tutmuş, Lamiyənin etdiyini etməyə qədər hər şey mümkündür”.
Ə.Zeynallı dedi ki, bunların olunmasına da qadağa qoyula bilər. Onun sözlərinə görə, əgər məhkum ya təcridxana rəhbərliyi, ya da ölkə rəhbərliyinin birbaşa qəzəbinə tuş gələn biridirsə, o zaman pullu xidmət dövrədən çıxır və təqsirləndirilən şəxsin ümidi qalır Allaha. O zaman artıq pul rol oynamır: “Bir xatirəm yadıma düşdü. 2011-ci ilin noyabr ayının 17-də Nemət Pənahlını təbrik etmişdim və ona balaca bir məktub yazmışdım. Onu Nemətə çatdıra bilmədim. Bunun üçün fantastik məbləğ – 20 manat pul da verməyə hazır idim, amma edə bilmədim, çünki rəisin – Elxan Sadıqovun Nemətə münasibəti çox kəskin idi və sonralar öyrəndim ki, bunun sifarişi daha yuxarıdan gəlirmiş”.
Müsahibimiz eyni zamanda türmədəki digər xərclər barədə də danışdı. Onun sözlərinə görə, məhkumun hansı mərtəbədə olması, kimlərlə bir otaqda qalmasının da xüsusi xərci var: “Bakı İstintaq Təcridxanasında ”rəisin korpusu” deyilən korpus var ki, orada qalmağın qiyməti ayrıdır. Baxır dustağına. 500 manatdan 2500-3000 manata qədər dəyişir. Dustağı cəzalandırmaq üçün bəzən onu 1-ci mərtəbədən 2-ci, ya da 3-cü mərtəbəyə atırlar. Hamısı pulun başındadır.  Bütün bunları tanınmış siyasi məhbuslar bilmədən edirlər. Çalışırlar ki, siyasilər xəbər tutmasın, amma orada xəbər axışı bayırdan yaxşı işləyir. Xəbəri saxlamaq və gizlətmək mümkün deyil. Görüşün ayrı qiyməti, qanuni telefonla danışmağın ayrı qiyməti, hər gün telefonla danışmağın ayrı qiyməti, evə məktub göndərməyin ayrı qiyməti, hətta narkotik maddə istəyirsənsə onun ayrı qiyməti var”.
Baş redaktor dedi ki, danışdıqları təcridxana üçün səciyyəvidir. “Zon”larda durum daha fərqlidir: “Zon” təcridxanaya nisbətən bataqlıqdır və orada daha dəhşətli şeylər baş verir”.
Previous Post

Təcridxanada məhbuslar üçün fantastik “preyskurant”

Next Post

Ərdoğan Marqvelaşvili ilə nəyi müzakirə etdi?

Bənzər yazılar

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44

2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Elchi.az-a Elm...

Next Post

Ərdoğan Marqvelaşvili ilə nəyi müzakirə etdi?

Ərdoğan Marqvelaşvili ilə nəyi müzakirə etdi?

Son xəbərlər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

27 Oktyabr 2026 - 18:13
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

27 Oktyabr 2026 - 18:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.