Təbrizdə dörd yüzdən çox həkim və əczaçı açıq məktub yazaraq, etirazları yatırmaq üçün tibb ictimaiyyətinin imkanlarından və nüfuzundan istifadəni pisləyib.
Elchi.az-ın məlumatına görə, Təbriz Tibb İşçiləri Qurumunun İdarə Heyətinin sədrinə ünvanlanan məktubu 432 tibb işcisi imzalayıb.
Məktubu imzalayan həkimlər ölkə rəsmilərini təmkinli və dözümlü olmağa, xalqın və ziyalıların səsini eşitməyə çağrıb.
Məktubda həmçinin bildirilir ki, dövlət rəsmiləri şiddət və hədə-qorxu yerinə dialoqa başlamalıdır.
Qeyd edək ki, son etirazların yatırılması zamanı İran İslam Respublikasının təhlükəsizlik qüvvələri etirazlar zamanı həbs olunanları daşımaq üçün təcili yardım maşınlarından istifadə edib.
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü başa çatıb. Elchi.az xəbər verir ki, Azərbaycanın xarici...





















Son şərhlər