"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Təbrizli: “Arvada qulaq asmadım, gəldim Bakıya, nə biləydim belə olacaq”

26 Mart 2016 - 09:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

►Banklar işləmir, bəs turist neyləsin?

“Ay baba, belə də iş olar, əlimdə dollar qalmışam ki, harda dəyişim. Keçən il exchange-lər vardı, pulumuzu da orda rahat dəyişirdik. İndi qalmışam belə…”

Novruzda Bakıya gəlmiş təbrizli İsfəndiyar deyir ki, bayram günləri bankların işləməməsi onu əməlli-başlı çaşbaş qoyub. Əlindəki dolları dəyişməkdən ötrü ağız açmadığı adam qalmayıb.

Elə Novruzda Bakıya istirahətə gələn digər turistlərin çoxu da İsfəndiyarın durumundadır:

– Qabaq rahat idi, bayram da olsa, gedib dəyişə bilirdik. İndi yoxa çıxıblar, biz də qalmışıq avara. Əlimizdə pul olmayanda alacağımız şeyi də ala bilmirik.

– Belə dedilər ki, burda pulu məntəqədə dəyişmək qadağan olunub. Gərək gedib bankda dəyişəsən. Neçə banka getdik, işləmirlər.

– Ona görə pulu dükandakı qadınlara veririk, onlar dəyişib gətirirlər.

​

Pulu harda dəyişsinlər?

Bakıda valyutadəyişmə məntəqələri yığışdırılandan valyuta alış-verişini ancaq banklar həyata keçirir. Bu bayram günləri bank ofislərinin qarşında bankların martın 28-də işləyəcəyi ilə bağlı elanlar görmək olur. Bundan başqa, həm də böyük otellərdə valyuta dəyişdirilməsi mümkündür. Bu günlər Bakıya gələn turistlərin əksəriyyəti isə ya ev kirayə tutur, ya kiçik otellərdə qalır.

Azı üç kiçik otelin qeydiyyat şöbəsindən dedilər ki, onlarda valyutadəyişmə xidməti yoxdur.

Bakıda turist avtobusunun sürücüsü Elşən Əliyev də söyləyir ki, bu günlər xeyli sayda turist pulunu harda dəyişməklə bağlı ondan məsləhət istəyib:

“Mən də nə deyim, bank işləmir, valyutadəyişmə məntəqəsi də ləğv olunub”.

Şəhəri gəzən turistlər bəzi mağazalarda alış-verişi dollarla etdiklərini də bildirirlər:

“Olub ki, əlimdə manat olmayıb, dəyişməyə də yer tapmamşam, onda malı da dollarla almışam”.

“Mərkəzi Bank çevik addım atmalıydı”

İqtisadçı Samir Əliyevin sözlərinə görə, problemin bir səbəbi ölkədəki 9 günlük bayram günləridir. Onun fikrincə, iqtisadiyyatında problemlər yaşanan ölkədə heç vaxt bu sayda bayram günləri olmamalıdır:

Samir Əliyev: “İqtisadiyyatında problem olan ölkədə 9 gün bayram olmaz”

“Digər tərəfdən, Mərkəzi Bank bu məsələdə bir qədər çevik davranmalıydı. Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına ehtiyacı da nəzərə almalıyıq. Bunun da yollarından biri məhz turizmdir. Bayram günləri ölkəyə turist gəlir. Bu səbəbdən Mərkəzi Bank bu məsələdə çevik addım atmalıydı. Ən azı banklara tövsiyə verməliydi ki, növbətçi filiallarının sayını artırsınlar. Çünki burda söhbət turizmdən getmir, valyuta qıtlığı da yarana bilərdi. Mərkəzi Bank da, görünür, bu məsələyə bir o qədər də ciddi yanaşmayıb. Bu da ona gətirib çıxarıb ki, ən yaxşı halda, bankların bir filialı işləyir. Belə hallar gələcəkdə nəzərə alınmalıdır. Əvvəl valyutadəyişmə məntəqələri vardı. Bayram günləri banklar işləməyəndə valyuta dəyişməklə bağlı problem olmurdu. İndi həmin məntəqələr yoxdur. Ona görə bayram günləri “qara bazar”ın inkişafına da zəmin yaradır”.

Mərkəzi Bank: 15-ə yaxın filial işləyir

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev isə artıq bankların çoxunun filiallarının işlədiyini deyir. Onun fikrincə, bu səbəbdən valyuta dəyişmək istəyənlər problem yaşamamalıdır:

Namiq Əliyev: “Heç bir problem yoxdur”

“Bayram günlərində işləyən 15-ə yaxın filiallar var. Onlar valyuta mübadiləsi ilə də məşğuldurlar. Heç bir problem yoxdur”.

Bayram “qara bazar”a düşüb

Bu günlər metronun 28 May stansiyası və Səməd Vurğunun heykəli ətrafındakı “qara bazar”larda valyuta alveri ilə məşğul olanların sayı artıb. Özünü təqdim etməyən bir alverçi deyir ki, bayram onların işinə yarayıb:

“Banklar işləmir, adamların dolları əllərində qalıb. Bir-iki bank işləyir, onlar da günün yarısına qədər. Hamı bizə zəng vurur, bu günlər işlərimiz yaxşıdır”.

​

Elə iranlı turistlərdən biri də “qara bazara”a üz tutduğunu deyir:

“Bəzi bazarlar var, ora getməli oluruq. 1 dollara 1 manat 55 qəpik verirlər”.

“Xanım biləni kim bilir ki…”

Təbrizli İsfəndiyar isə həyat yoldaşının sözünə qulaq asmamağı baməzə şəkildə özünə bağışlamır:

“İranda manat alıb gəlmək olur. Bəzi dostlarımız elə edib gəlir bura. Arvad dedi, “sən də 2-3 min dəyiş, sonra get Bakıya”. Qulaq asmadım, dedim orda daha rahat olar. Nə bilim, başıma bunun gələcəyini. Ona görə deyirlər ki, “arvada qulaq as”, xanım biləni kim bilir ki…”

Previous Post

Təbrizli: “Arvada qulaq asmadım, gəldim Bakıya, nə biləydim belə olacaq”

Next Post

Ziya Məmmədovun rayonları əlindən niyə alınır?

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

Ziya Məmmədovun rayonları əlindən niyə alınır?

Ziya Məmmədovun rayonları əlindən niyə alınır?

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.