Şəki şəhərində toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Elchi.az xəbər verir ki, rayonun Şin kəndində keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.
Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov faktı təsdiqləyib. M.Mənsimov bildirib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib
2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara...





















Son şərhlər