"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şuşada “Qətiyyətli cavab” əməliyyatı sorğusunun nəticələri elan edildi

26 Sentyabr 2022 - 13:09
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan ordusunun əks-hücum əməliyyatı döyüş toqquşması ilə nəticələndi. Azərbaycan ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısı alındı.

Bir müddət əvvəl Azərbaycan Ordusunun “Qisas” əməliyyatının ardından ermənilərin törətdiyi növbəti genişmiqyaslı təxribatlara cavab olaraq ordumuzun humanitar prinsiplər, hərbi əxlaq, şərəf və ləyaqət prinsiplərinə söykənən qətiyyətli və cəmi 7 saat davam edən unikal cavab əməliyyatı nəticəsində bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü.

Azərbaycan ordusunun Ermənistanın təxribatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Laçın və Kəlbəcər istiqamətlərində Ermənistan ordusu xeyli sayda canlı qüvvə itkisi verdi və Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri məhv edildi.

Azərbaycan qalib dövlət statusunun fövqündə beynəlxalq tanınmış sərhədlərini bərpa etməklə və Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş əsgər və zabitlərimiz öz canlarını düşmənin yeni təcavüz planlarının qarşını almaq üçün qurban verməklə bir daha təhlükəsizliyimizə və suverenliyimizə qarşı istənilən təxribatın qarşısını almaq qüdrətində olduğunu bütün dünyaya göstərdi.

Sosial Tədqiqatlar Mərkəzi (STM) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi təxribatlarına qarşı həyata keçirdiyi “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini nəzərə alaraq növbəti dəfə bu mövzuda ictimai rəy sorğusu keçirib.

Sorğunun nəticələri Şuşa şəhərində elan edilib.

Sorğunun metodologiyası

Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib.

Sorğuda respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Keçirilən rəy sorğusunda ümumilikdə 385 respondent iştirak edib. Respondentlərin 50,7%-i kişi, 49,3%-i qadındır. Sorğu iştirakçılarının 39,7%-i kənd, 18,7%-i qəsəbə və 41,6%-i şəhər ərazi vahidlərində yaşayır. Həmçinin onlardan 6,8%-i 18-25, 19%-i 26-35, 16,4%-i 36-45, 20%-i 46-55, 23,8%-i 56-65, 14%-i 66 və yuxarı yaş qrupuna aiddir. Təhsil səviyyəsi üzrə, 49,8%-i orta, 20,3%-i texniki və ya peşə, 29,9%-i ali təhsillidir.

Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Sorğu 2022-ci ilin sentyabrın 15-dən 19-dək olan dövrdə keçirilib. Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub.

“Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi əhəmiyyəti

İctimai rəy sorğusu çərçivəsində respondentlərə “Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatın əhəmiyyətini nələrdə görürsünüz?” sualı ünvanlanıb, onlara metodoloji olaraq bir neçə cavab variantı seçmək imkanı verilib. Nəticələrə əsasən sorğuda iştirak edənkərin mühüm hissəsi – 44.4%-i Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatı Ermənistanın dövlət sərhədində hərbi təxribatlarına qarşı cavab olması baxımından əhəmiyyətli hesab edib. Təqribən hər üç respondentdən biri (30.9%) Azərbaycanın Ermənistanı sülhə məcbur etdiyi qənaətini bölüşüb. Respondentlərin 25.7%-i Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistanla sərhəd boyu yüksəklikləri götürərək öz mövqeyini və nəzarətini gücləndirdiyini, 23.6%-i Azərbaycanın Ermənistanı Zəngəzur dəhlizi barədə öhdəlikləri icra etməyə məcbur etdiyini bildirib.

Respondentlərin 15.8%-i hərbi əməliyyatların Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsini sürətləndirdiyini ifadə edib, 12.5%-i “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib. Respondentlərin 7.3%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Sorğuda iştirak edənlərin böyük hissəsi, yəni 85,0%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Rəyi öyrənilənlərin az hissəsi (9.5%) isə hərbi əməliyyatların davam etdirilməsini istəmədiyini bildirib. Respondentlərin 5.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Hərbi əməliyyatların davam etməsi mövqeyini kənd ərazi vahidlərində yaşayanlar (76.5%) digər yaşayış yerləri üzrə olan respondentlərlə müqayisədə (qəsəbə və şəhər üzrə müvafiq olaraq 63.9% və 66.9%) daha çox istəyib.

Sosial Tədqiqatlar Mərkəzinin “Qisas” əməliyyatı ilə bağlı 2022-ci il avqust ayında keçirdiyi ictimai rəy sorğusunun nəticələri ilə müqayisədə hərbi əməliyyatların davam etdirilməsini istəyən respondentlərin sayı artıb. 2022-ci ilin avqust ayında 80.5% respondent hərbi əməliyyatların davam etdirilməsini istəyirdisə, “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi əhəmiyyəti ilə bağlı sorğuda analoji nəticələr sentyabr ayı üzrə 85.0% təşkil edib.

Rəy sorğusunda respondentlərin hərbi əməliyyatların hansı hədəfə çatana kimi davam etdirilməsi ilə bağlı sual ünvanlanıb, bir neçə cavab variantı seçmək imkanı verilib. Nəticələrin təhlilinə əsasən respondentlərin əsasən hissəsi (40.4%) bildirib ki, hərbi əməliyyatlar ermənilərin yaşadığı Xankəndi və digər ərazilər üzərində nəzarət tam təmin olunana kimi davam etməlidir. Respondentlərin 36.3%-i hərbi əməliyyatların sülh müqaviləsi imzalanana kimi davam etməsi mövqeyini bölüşüb. Sorğuda iştirak edənlərin 28.5%-nin qənaətinə görə, hərbi əməliyyatlar Zəngəzur dəhlizi açılana kimi davam etməlidir. Hər beş respondentdən biri isə hərbi əməliyyatların sərhədlər birgə razılaşdırılana kimi (24.8%) və erməni təxribatlarının qarşısı alınana kimi davam etməli olduğunu (20%) bildirib. Hərbi əməliyyatların davam etməli olduğunu düşünən respondentlərin 16.7%-i bu istiqamətdə digər cavab variantlarını ifadə edib.

Sülh müqaviləsinin imzalanmasına inam və birgəyaşayışa münasibət

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin yarıdan çoxu, yəni 53.5%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanır (müvafiq olaraq – tam inanıram 28.3%, əsasən inanıram 25.2). Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 6.2% təşkil etdiyi halda, heç inanmadığını deyənlərin göstəricisi 36.9% olub. Cəmi 3.4% respondent bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin may ayında keçirdiyi rəy sorğusunda yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına respondentlərin ümumilikdə 65.2%-i inandığını ifadə edib.

Bu sual üzrə əldə edilən nəticənin təhlili bizə onu deməyə əsas verir ki, respondentlərin müəyyən bir hissəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamsızlığın səbəbi Ermənistanın Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində davamlı təxribatları fonunda Azərbaycanın sərhəd bütövlüyünün tam olaraq təmin edilməsi üçün irəli sürülən təkliflərlə razılaşmayaraq prosesin həllini yubatması ilə bağlı ola bilər.

Sorğu nəticələrinin təhlilinə əsasən, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğu qənaətini bölüşənlərin mühüm hissəsi (51.9%-i) eyni zamanda yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanan respondentlərdir. Bu mövqe respondentlərin sülhə məcburetmə prosesində hərbi əməliyyatların rolunu istisna etmədiyini göstərir.

Ümumilikdə, respondentlərin əhəmiyyətli bir hissəsi (71.2%) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını (müvafiq olaraq tam dəstəkləyirəm – 50.2%, əsasən dəstəkləyirəm 21%) dəstəklədiyini ifadə edib. Ermənistanla sülh müqaviləsinin imzalanmasını respondentlərin 2,6%-i əsasən, 23,6%-i heç dəstəkləmədiyini bildirib. Cəmi 2.6% respondent bu suala rəyini ifadə etməkdə çətinlik çəkib. Ali təhsilli respondentlərin 78.3%-i ,orta orta təhsillilərin 67.3%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ümumilikdə dəstəkləyib.

Ermənistanla sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyən 71.2% respondentin 86.9%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanır.

Həmçinin qeyd edək ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyənlərin 68.9%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür.

Ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına inam və ermənilərin Qarabağda yaşaması barədə sorğu nəticələrinin təhlili bizə onu deməyə əsas verir ki, Ermənistanda revanşist siyasət yürüdən qüvvələrin Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində davamlı təxribatları fonunda sülh prosesinə maraqlı olmamaları ictimai rəydə buna adekvat mövqelərə gətirib çıxarır.

Previous Post

Şuşada “Qətiyyətli cavab” əməliyyatı sorğusunun nəticələri elan edildi

Next Post

Ordumuzun növbəti “Komando başlanğıc kursu” başa çatdı

Bənzər yazılar

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirlər keçirilib. Bu barədə Elchi.az-a FHN-dən məlumat...

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43

Daxili İşlər Nazirliyi (DİN) antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda 44 günlük Vətən müharibəsi...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata...

Next Post
Ordumuzun növbəti “Komando başlanğıc kursu” başa çatdı

Ordumuzun növbəti "Komando başlanğıc kursu” başa çatdı

Ordumuzun növbəti “Komando başlanğıc kursu” başa çatdı

Ordumuzun növbəti "Komando başlanğıc kursu” başa çatdı

Son xəbərlər

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

19 Sentyabr 2026 - 11:46
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23
Ermənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

19 Sentyabr 2026 - 11:00
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı – FOTO

Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı – FOTO

19 Sentyabr 2026 - 10:30
Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

19 Sentyabr 2026 - 10:12
“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

19 Sentyabr 2026 - 10:01
AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30
Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28
Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22
SOCAR neftçiləri təbrik edib

SOCAR neftçiləri təbrik edib

18 Sentyabr 2026 - 22:47
Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

18 Sentyabr 2026 - 22:45
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

18 Sentyabr 2026 - 22:44
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.