"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Şuşada iki komitənin birgə dinləmələri keçirilib

21 May 2022 - 18:06
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

Mayın 21-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Məclisin Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə dinləmələri keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a bildirilib ki, tədbiri açan Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev iclas iştirakçılarını azad Şuşada salamlamaqdan qürur duyduğunu bildirib. O, Milli Məclisin komitələrinin iclaslarının və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Adil Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi”, ikinci məsələ isə “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları”dır.

Gündəliyin birinci məsələsi haqqında danışan Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamında Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğu vurğulanıb. Adil Əliyev bildirib ki, Prezidentin bu tezisini gənclərimizin və ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi istiqamətində əsas prinsip kimi rəhbər tutulmalıdır. “Maarifləndirmə işlərində Şuşanın və Şuşa sevgisinin niyə hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsi olması məsələsinə böyük önəm verməli, xüsusilə xaricdə ölkəmizi təmsil edən idmançılarla bu mövzuda iş aparmalıyıq. Qeyd olunan suala cavab verilməsində və maarifləndirmə işinin məzmununun hazırlanmasında Prezidentin digər bir tezisi açar rolu oynamalıdır. Dövlətimizin başçısı bildirir ki, “bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”. Şuşanı bizim mənəvi varlığımızın bir hissəsinə çevirən, mənəviyyatımıza hopduran onun bizə bəxş etdiyi böyük şəxsiyyətləridir. Şuşanın qurucusu Pənahəli xandan, Molla Pənah Vaqifdən, Xurşidbanu Natəvandan tutmuş Üzeyir Hacıbəyliyə, Əbdürrəhim bəy Haqverdiyevə, Barat Şəkinskayaya, Rəşid Behbudova, nəhayət, bütün türk dünyasının ən parlaq intellekt sahiblərindən bir olan Əhməd bəy Ağaoğluna qədər hər birinin həyatı və qoyub getdiyi irs gənc nəsillərə tam çatdırılmalıdır”, – deyə A.Əliyev vurğulayıb.

O, ümummilli lider Heydər Əliyevin Şuşanın tarixində və taleyində oynadığı misilsiz roldan danışaraq şəhərdə Vaqifin məqbərəsinin yaradılmasının Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildiyini, bu məsələnin mahiyyətinin gənclərə çatdırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışının sonunda Adil Əliyev vurğulayıb ki, gənclərin və idmançıların maaraifləndirilməsi işində Prezident İlham Əliyevin müvafiq Sərəncamında qeyd olunan tezislər rəhbər tutulmalıdır. Milli Məclis sədrinin müavini bu işin həyata keçirilməsi üçün diqqət yetirilməli olan əsas məqamlara da toxunub.

Sonra gündəlikdəki “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları” mövzusundakı dinləmələrlə bağlı çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, Azərbaycanın bu qədim diyarı yeraltı və yerüstü sərvəti, təbiəti, tarixi-dini abidələri ilə yanaşı, həm də mədəni dəyərləri, ailə ənənələri ilə zəngindir. Bu dəyərlər nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatıb. Hicran Hüseynova ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafına mühüm töhfələr vermiş qarabağlı qadınlar – Gövhər ağa, onun bacısı Ağabəyim Ağa, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlunun iki qızı – Sürəyya Ağaoğlu, Tezer Taşqıran, məşhur pediatr Adilə Namazova və digərlərinin xidmətlərindən danışıb. Bildirib ki, bu misallar Şuşanın dünya mədəniyyətinə, elminə, siyasətinə görkəmli şəxslər bəxş etmiş Azərbaycan torpağı olduğunu sübuta yetirir. Ermənilər Qarabağın, Şuşanın qədim erməni torpağı olduğunu deyirlər. Amma bir nəfər təhsil almış, savadlı erməni qadının adını çəkə, erməni ailə dəyərlərinə aid bir nümunə göstərə bilmirlər. Çünki belə bir nümunə yoxdur, ermənilər buraya gəlmədirlər. Tarixdən də məlumdur ki, bu, hansı şəraitdə baş verib. Onlar Qarabağda, Zəngəzurda, Göyçədə, İrəvanda ancaq dağıtmaqla, Azərbaycana məxsus dəyərləri məhv etməklə, azərbaycanlıları qətlə yetirməklə, kütləvi deportasiyaya məruz qoymaqla məşğul olub, tarixi saxtalaşdırıblar. Ona görə də bu gün biz ailə dəyərləri, qadın və uşaq hüquqlarından danışanda iki məsələyə xüsusi diqqət verməliyik. Birincisi, malik olduğumuz tariximizi, ailə dəyərlərimizi, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı tarixi faktları təbliğ etməliyik, bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik. İkincisi isə bütün yerli və xüsusilə beynəlxalq səviyyəli tədbirlərdə ermənilərin törətdikləri humanitar, ekoloji, tarixi, iqtisadi terroru dünya ictimaiyyətinə çatdırmalıyıq.

İclasda dinləmələrin mövzuları ilə bağlı çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Pərvin Kərimzadə, Tamam Cəfərova, Etibar Əliyev, Rəşad Mahmudov, Mahir Abbaszadə, Ramin Məmmədov, Sevinc Hüseynova, Cavid Osmanov, Sədaqət Vəliyeva, Ramil Həsən, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev torpaqlarımızın azad olunmasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasətin rolu, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədə Azərbaycan gənclərinin və qadınlarının rolu, xalqımızın ailə dəyərləri, Şuşanın Azərbaycan tarixindəki yeri, bu şəhərin işğaldan azad olunmasında hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb, Şuşada Milli Məclisin komitə iclaslarının keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Komitələrin birgə iclasında deputatlardan Ülvi Quliyev, Jalə Əhmədova, Nigar Arpadarai, Könül Nurullayeva, Cəbi Quliyev və Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, həmçinin parlamentin digər məsul əməkdaşları iştirak ediblər.

Previous Post

Şuşada iki komitənin birgə dinləmələri keçirilib

Next Post

Ərdoğan İsveçin Baş naziri ilə DANIŞDI

Bənzər yazılar

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

Next Post
Ərdoğan İsveçin Baş naziri ilə DANIŞDI

Ərdoğan İsveçin Baş naziri ilə DANIŞDI

Ərdoğan İsveçin Baş naziri ilə DANIŞDI

Ərdoğan İsveçin Baş naziri ilə DANIŞDI

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.