Bu gündən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.
Elchi.az xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...





















Son şərhlər