"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sürücülərə pis xəbər – Sabahdan sərt cəzalar qüvvəyə minir

30 Noyabr 2015 - 19:42
in XƏBƏR LENTİ
FacebookVatsap
3000-6000 manatadək cərimədən başlamış 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədər cəzalar var

İctimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə məsuliyyəti sərtləşdirən qanunlar sabahdan qüvvəyə minir. Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin 20 oktyabr tarixdə qəbul etdiyi və artıq dərc olunan qanunlarla İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər həm avtobus sahiblərinin (şirkətlərin, onların vəzifəli şəxslərinin, fərdi sahibkarların), həm də avtobus sürücülərinin məsuliyyətini xeyli sərtləşdirir. Əsas dəyişikliklər bunlardır:

Bunu da oxuyun

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

1. Bundan sonra sərnişin avtobuslarının və yük daşımalarını yerinə yetirən yük avtomobillərinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək miqdarda, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800  manatadək miqdarda cərimə ediləcək . Əvvəlllər yalnız tibbi müayinə təşkil etməməyə görə müvafiq olara 150-200 və 40-50 manat cərimə nəzərdə tutulurdu.

2. Avtobusu idarə etmək hüququ olmadan onu sərnişin daşımaqla idarə edən şəxs birbaşa olara 15 gündən 1ayadək müddətə inzibati həbs olunacaq (əvvəllər buna görə 100 manat cərimə var idi).

3. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq (əvvəllər buna görə 300 manat cərimə və ya 6 aydan 1 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüquqnun məhdudlaşdırılması tətbiq olunurdu).

4. Avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər (avtobusun rəsmi sürücüləri) 200 manat miqdarında, vəzifəli şəxslər (fərdi sahibkarlar və və ya şirkətin məsul şəxsləri) 500 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcək (əvvəllər bunun cəriməsi müvafiq olara 60, 200 və 2000 manat idi).

5. Avtobusun sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə  də cərimə məbləği bir neçə dəfə artır.

6. Avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan  və ya sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsindən sonra baş vermiş qəza nəticəsində zərəçəkənə fiziki zərər və ya maddi ziyan dəydikdə avtobus sahibi olan şirkət və ya fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi üçün külli miqdarda cərimə müəyyən olunur. Məsələn, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və sərxoş olan şəxsə verilməsindən sonra belə qəza baş verərsə, avtobusun sahibi olan fərdi sahibkar 2500 manat miqdarında cərimə ediləcək, yaxud 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaq, hüquqi şəxslər isə 15000 manat miqdarında cərimə ediləcək.

Bundan başqa CM-ə yeni daxil edilən 265-1-ci maddə də sabahdan qüvvəyə minir. Bu maddəyə əsasən, avtobusu idarə etmək hüququ olmayan şəxsin avtobusu idarə etməyə buraxılması, yaxud avtobus sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, buna yol vermiş fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunacaq. Məsuliyyətin dərəcəsi isə nəticədən asılı olaraq 3000-6000 manatadək miqdarda cərimədən başlamış 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədərdir.

Sabah qüvvəyə minən başqa bir yenilik ötüşmə təşkil edən avtoxuliqanlara aiddir. Belə ki, bundan sonra avtoxuliqanlıq hərəkətlərini aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədənlər sürücülük hüququnu 2 il müddətinə itirməklə 2000-4000 manat miqdarda cərimə ediləcək və ya 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaqlar.

Previous Post

Sürücülərə pis xəbər – Sabahdan sərt cəzalar qüvvəyə minir

Next Post

“Al bunu, məni də keçir” – Bakının yeni avtobuslarından reportaj – FOTOLAR

Bənzər yazılar

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

13 İyul 2026 - 14:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri...

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Next Post

"Al bunu, məni də keçir" - Bakının yeni avtobuslarından reportaj - FOTOLAR

"Al bunu, məni də keçir" - Bakının yeni avtobuslarından reportaj - FOTOLAR

Son xəbərlər

Netanyahu Trampla ayrıca görüş təyin olunmayana qədər ABŞ-yə getmək istəmir

Netanyahu Trampla ayrıca görüş təyin olunmayana qədər ABŞ-yə getmək istəmir

13 İyul 2026 - 17:34
“Zabit ixtisas kursu”nun növbəti buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

“Zabit ixtisas kursu”nun növbəti buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

13 İyul 2026 - 17:25
Çempionlar Liqasının qalibi Fransa millisinin üzvünü transfer edə bilər

Çempionlar Liqasının qalibi Fransa millisinin üzvünü transfer edə bilər

13 İyul 2026 - 17:18
Tramp: İyulun 12-də İranla razılıq əldə olunmuşdu, lakin son anda düzəliş tələb etdilər

Tramp: İyulun 12-də İranla razılıq əldə olunmuşdu, lakin son anda düzəliş tələb etdilər

13 İyul 2026 - 17:10
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

13 İyul 2026 - 16:59
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşdü

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşdü

13 İyul 2026 - 16:48
Tramp ABŞ-ın Hörmüz boğazını nəzarətə götürdüyünü bildirib

Tramp ABŞ-ın Hörmüz boğazını nəzarətə götürdüyünü bildirib

13 İyul 2026 - 16:35
Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

13 İyul 2026 - 16:27
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

13 İyul 2026 - 16:15
ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

13 İyul 2026 - 16:06
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı müzakirələr nəticəsiz qaldı

Rusiyaya qarşı yeni sanksiyalarla bağlı müzakirələr nəticəsiz qaldı

13 İyul 2026 - 16:00
Lavrov İrana səfər edəcək

Lavrov İrana səfər edəcək

13 İyul 2026 - 15:48
Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs – Prezident

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs – Prezident

13 İyul 2026 - 15:39
İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

13 İyul 2026 - 15:28
Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb

13 İyul 2026 - 15:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.