İranın dəstəklədiyi silahlı birləşmələrin Yaxın Şərqdəki ABŞ bazalarına hücumları davam edir.
Elchi.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi terrorçu qruplar çoxlu sayda kamikadze PUA ilə ABŞ qüvvələrinin yerləşdiyi Ömər neft yatağı bazasına hücum edib.
Hücumda can itkisi ilə bağlı heç bir məlumat yoxdur, ABŞ isə hələlik hücumla bağlı açıqlama verməyib.
Nuranə Məmmədova