Suriyanın şimalındakı İdlib şəhərindəki keçmiş təhlükəsizlik mərkəzində kütləvi məzarlıq tapılıb. Bu yaxınlarda ölkənin Hələb şəhərində də kütləvi məzarlıq aşkar edilib.
Elchi.az xəbər verir ki, Suriya mətbuatında yer alan məlumata görə, Suriyanın şimalındakı İdlib əyalətinin Maaret Numan şəhərindəki keçmiş dövlət təhlükəsizlik mərkəzində kütləvi məzarlıq aşkar edilib. Məlumata görə, məzarlıqlar mərkəzin tərk edilmiş binasının içərisindəki çuxurlarda tapılıb. Təxminən iki həftə əvvəl Suriyanın Hələb şəhərində də kütləvi məzarlığın tapıldığı açıqlanmışdı.
Məryəm





















