Suriya Milli Ordusu (SMO) Suriyanın şimalındakı Afrində 1000-ə yaxın üzvünün iştirakı ilə hərbi təlim keçirib.
Elchi.az xəbər verir ki, Təlim SMO komponentlərindən biri olan Süleyman Şah Diviziyasına aid 1000-ə yaxın insanın iştirakı ilə keçirilib.
“Zeytun budağı” əməliyyatı ilə terror təşkilatı PKK/YPG-dən təmizlənən Afrində keçirilən təlimdə təyin olunan hədəflər real güllələrdən istifadə edilərək məhv edilib.
Minaatan, reaktiv yaylım atəşi sistemləri, istilik axtaran raketlər və zenit mərmilərinin də istifadə edildiyi təlimdə təşkilatın təmsilçi kimi hazırlanan mövqeləri SMO elementləri tərəfindən hədəfə alınıb.
Şayəstə