Suriya ABŞ-dan terrorizmə və separatçı qruplara hər cür dəstəyi dayandırmağı, eləcə də işğal olunmuş bütün Suriya ərazilərini dərhal tərk etməyi tələb edir.
Elchi.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
O, həmçinin qeyd edir ki, orada yerləşən qeyri-qanuni Amerika birləşmələri ölkədən neft ixrac etməkdə davam edir.
Suriya Xarici İşlər Nazirliyi əlavə edib ki, ABŞ administrasiyası Suriya xalqı üçün təzminat tələb edir. Dəməşq dəfələrlə bəyan edib ki, ABŞ ordusunun mövcudluğu Suriya neftini açıq-aşkar oğurlamaq məqsədi daşıyan işğaldır. Rəsmilər bunu dövlət piratlığı adlandırırlar.
Nuranə Məmmədova