Bərdədə silahlı insident olub, yaralanan var.
Elchi.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bərdə şəhəri, 26-lar adlanan ünvanda qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Report-a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB
Bakının Xətai rayonunda kafedə kütləvi insident zamanı ölümlə nəticələnən bıçaqlanma hadisəsində iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb....





















Son şərhlər