Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı səylərini dəstəkləyən ölkələri qınayıblar.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Sunak və Harris Putinin səylərini siyasi və hərbi cəhətdən dəstəkləyən ölkələri qınayır. Onlar razılaşdılar ki, Putinin Ukraynadakı müharibəsi həm ərzaq və enerji təhlükəsizliyinə təsiri baxımından, həm də suverenlik kimi beynəlxalq səviyyədə tanınmış normalar üçün nəticələr baxımından qlobal müharibədir”,-deyə Münhen Təhlükəsizlik Konfransında keçirilən iclasdan sonra verilən bəyanatda deyilir.
Yeganə