Sunak və Trudo Zelenskiyə bu cür zəng etdi – Video

43

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və kanadalı həmkarı Castin Trudo Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbətlərinin videosunu yayıblar.

Elchi.az xəbər verir ki, bu barədə “Censor.NET” məlumat yayıb.

Məlumata görə, yazı Britaniya hökumətinin sosial media səhifəsində yerləşdirilib. Videoda Sunak və Trudo eyni mobil telefon vasitəsilə Zelenski ilə birlikdə danışırlar. Söhbət Polşanın ərazisinə atılan raket barədə olub. Sunak və Trudo Zelenskini dəstəklədiklərini bildiriblər.