Sunak Qara dənizdə Rusiyanı izləyəcəyini bildirib

104

Böyük Britaniya kəşfiyyat məlumatlarından istifadə etməklə Rusiyanın Qara dənizdəki fəaliyyətini izləyəcək.
Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisinin dərc etdiyi sənəddə deyilir.
“Rusiyanın Qara dənizdəki fəaliyyətini izləmək üçün kəşfiyyatımızdan, müşahidə və kəşfiyyatımızdan istifadə edəcəyik”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, qeyd edilir ki, Britaniya “Rusiyaya Qara dənizdə mülki gəmiçilik və ya infrastruktura hücum hazırladıqlarına dair xəbərdarlıq işarələrini göstərəcək”, habelə bu cür hücumlara görə məsuliyyət daşıyanları müəyyən edəcək.

Nuranə Məmmədova