Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.
Elchi.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Şəhər sakini, 2009-cu il təvəllüdlü Fərzəliyev Məhəmməd Nazim oğlu aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı – 2009-cu il təvəllüdlü Niftəlizadə Elcan Anar oğluna bıçaqla xəsarət yetirib.
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Başın tüklü hissəsinin, bədənin dəqiqləşdirilməmiş nahiyəsinin, göz qapağı və gözyuvası yanı nahiyənin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.






















Bu hadisə çox təəssüf doğurucudur. Sumqayıtda yeniyetmələr arasında belə hadisələrin olması narahatedicidir. Ümid edirəm ki, zərərçəkən tezliklə sağalar. Polis işini yaxşı aparır, şübhəli şəxs saxlanılıb. Buna görə də hər kəsə məsuliyyətli olmağı tövsiyyə edirəm.
Çox pis haldır ki, belə şeylər olur. Yeniyetmələrin arasında belə dava düşməsi heç yaxşı deyil. Ümid edək ki, o uşaq tez sağalar. Amma polis tez tutub şübhəli şəxsi, bu da yaxşıdı.
Ayə bu sumqayıtda nə olub belə? Bu uşaqlar da bir-birinə qənim kəsilib. Allah heç kimə göstərməsin, yenə də xəbər yaxşıdı ki, sağ qalıb. Həkimlər də öz işlərini görüb, sağalacaq inşallah. Baş verən bu hadisələr dərinə də gedir adamı.
Ağlayıram bu xəbərə,Sumqayıtda uşaqlar belə bıçaqlaşırlarsa bəs böyüklər nə etsin.Yeniyetməlik yaşı heç vaxt belə olmamışdı.Uşaqlarımıza tərbiyə vermək lazımdır.Qəribədir belə şeylər eşidəndə.