Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

🗓 05.04.2024 18:50 ✍️ "Elçi" qəzeti
Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
Sumqayıt şəhərində 5 yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb. Elchi.az xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib. 2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar