"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Sülhməramlılar Qarabağı tərk edəcək, Azərbaycan Ordusu sakitcə ora daxil olacaq – Markov

12 Yanvar 2023 - 13:22
in MANŞET
FacebookVatsap

Dünən, yanvarın 11-də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələnin ildönümü idi. 2021-ci ilin bu günündə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasından bəhs edən birgə bəyanat imzalanıb.
Belə görüşlər, bəyanatlar çox olub, bəs Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra danışıqlar prosesində real nəticələr varmı?
Elchi.az xəbər verir ki, Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Oxu.az-a müsahibəsində qeyd edib ki, ötən illər ərzində bəzi tərpənişlər olub, lakin Ermənistan-Azərbaycan əlaqələri ilə bağlı dəyişiklik yoxdur:
– Ermənistan tərəfi imzaladığı müəyyən müddəalara əməl etməlidir, lakin İrəvan bunu etməkdən qorxur. Bəli, minalanmış ərazilərin bəzi xəritələrinin ötürüldüyü məlumdur, lakin bu, çox kiçik bir nəticədir. Ermənistan Qarabağa iddialardan əl çəkməlidir. Amma bunu dəfələrlə demişəm, Nikol Paşinyan qorxur ki, Bakının şərtləri ilə razılaşarsa, onunla haqq-hesab çürüdüləcək. Şərtlər isə sadədir: Qarabağ erməniləri Azərbaycan vətəndaşı olurlar, heç bir muxtariyyət almırlar. Amma yerli hakimiyyət orqanlarına öz adamlarını seçmək imkanı yaranacaq (ölkənin istənilən regionunda olduğu kimi – red.). Bu, birinci variantdır.
Alternativ də var: ermənilərin əksəriyyətini Qarabağdan çıxarmaq. Hər iki variant Paşinyanı qorxudur.
– Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirdi ki, Ermənistan tərəfi öz burnundan uzağı görməlidir, çünki 2023-cü ildən sonra 2024-cü il gələcək, daha sonra, 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Ona görə də 2023-cü il Ermənistan üçün son şansdır…
– Paşinyan Azərbaycan şərtlərini çox ağır hesab edir, Ermənistan əhalisi və erməni diasporu eyni cür düşünür. Belə şəraitdə Ermənistanın baş naziri qərara gəlib ki, Rusiyadan Ermənistan tərəfindən daha aktiv çıxış etməyi xahiş eləsin. Amma Moskva bunu istəmir, xüsusən ona görə ki, indi onun hərbi əməliyyatlara görə (Ukraynada – red.) öz qayğıları var. Bu şəraitdə Nikol Paşinyan Rusiyanı Fransaya dəyişməyə başladı.
Fransa hakimiyyətinin müxtəlif qollarının çoxsaylı qərar və qətnamələri hamıya yaxşı məlumdur. Ermənistanın regiona beynəlxalq sülhməramlıları çağırması heç kimə sirr deyil. Bakı, təbii ki, Qarabağda fransızların peyda olmasına imkan verməyəcək, lakin İrəvan onları heç olmasa Ermənistanla Azərbaycan sərhədində yerləşdirmək istəyir.
Ermənistanın Rusiyadan Fransaya keçmək cəhdi var. Açığını deyim ki, Paşinyan çoxdan Rusiyadan imtina edərək Fransa və ABŞ-dan yapışar və Qərb qüvvələrinin Ermənistana “yerləşəcəyi” ümidi ilə Rusiya maraqlarını Qərbə satardı. Amma fransızlar və amerikalılar erməni maraqları üçün döyüşmək istəmirlər. Onların da elə Ukrayna böhranı da daxil olmaqla bir sıra öz problemləri var, onların Ermənistandan başqa məşğuliyyətləri var. Elə həmin Fransa Prezidenti Emmanuel Makron indi pensiya islahatı ilə bağlı daxili siyasi böhran içərisindədir, reytinqləri düşür və s. Bu isə bugünkü prosesin əsas intriqasıdır.
Ən böyük ehtimal odur ki, Qərbdə heç kim heç nə etməyəcək, Paşinyan Fransa ilə Rusiya arasında vurnuxmağa davam edəcək. Amma 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq, onlar regionu tərk edəcəklər, Azərbaycan Ordusu sakitcə ora daxil olacaq. Bu, hadisələrin ən çox ehtimal olunan inkişafı olacaq.
– Artıq dediniz ki, İrəvanın Ermənistan-Azərbaycan sərhədində beynəlxalq kontingenti yerləşdirməklə yanaşı, Qarabağa çoxmillətli sülhməramlı missiya göndərmək istərdi. Bunu Nikol Paşinyan da təsdiqləyib və bu yolla “10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla qurulan təhlükəsizlik arxitekturasının” təmin oluna biləcəyini bildirib. Amma Fransa və ABŞ-nin noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyanata heç bir dəxli yoxdur.
– Bu açıqlama Nikol Paşinyanın çıxılmaz vəziyyətdə olduğunu göstərir. Bəli, o, rusiyalı sülhməramlıları fransalılarla və amerikalılarla əvəz etmək istərdi, bu, onun xəyalıdır. Amma bunu necə etmək olar? Yenə deyirəm – Bakı buna imkan verməyəcək və ümumiyyətlə, heç kim ermənilər üçün Azərbaycanla vuruşmaq istəmir.

Bunu da oxuyun

Lavrov ABŞ-ı təriflədi

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Previous Post

Sülhməramlılar Qarabağı tərk edəcək, Azərbaycan Ordusu sakitcə ora daxil olacaq – Markov

Next Post

Lukaşenko İttifaq dövlətinin inkişafı üçün şərt adlandırdı

Bənzər yazılar

Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00

ABŞ nümayəndələri Rusiyaya qınaq bəyanatları səsləndirmək üçün deyil, ciddi müzakirələr aparmaq məqsədilə gəlirlər. Elchi.az xəbər verir ki, bunu Rusiya xarici...

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ nümayəndələri Birləşmiş Ştatlarda dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsinə son qoymaq...

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28

2027-ci ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması nəzərdə tutulur. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir....

Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57

24 saat çəkən antiterror tədbirləri ordumuzun qüdrəti ilə yanaşı Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə yadda qaldı. Prezident müxtəlif çıxışlarında...

Next Post
Lukaşenko İttifaq dövlətinin inkişafı üçün şərt adlandırdı

Lukaşenko İttifaq dövlətinin inkişafı üçün şərt adlandırdı

Lukaşenko İttifaq dövlətinin inkişafı üçün şərt adlandırdı

Lukaşenko İttifaq dövlətinin inkişafı üçün şərt adlandırdı

Son xəbərlər

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

17 Sentyabr 2026 - 16:29
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Sentyabr 2026 - 16:25
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

17 Sentyabr 2026 - 16:18
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

17 Sentyabr 2026 - 16:13
“Trabzonspor”a yeni baş məşqçi təyin olunub

“Trabzonspor”a yeni baş məşqçi təyin olunub

17 Sentyabr 2026 - 16:06
Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00
Xəzər dənizində partlayışlar gözlənilir

Xəzər dənizində partlayışlar gözlənilir

17 Sentyabr 2026 - 15:51
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

17 Sentyabr 2026 - 15:42
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

17 Sentyabr 2026 - 15:16
İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

17 Sentyabr 2026 - 15:08
“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

17 Sentyabr 2026 - 14:48
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

17 Sentyabr 2026 - 14:45
Azərbaycanda problemli kreditlərin məbləği artıb

Azərbaycanda problemli kreditlərin məbləği artıb

17 Sentyabr 2026 - 14:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.