"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərindən dəstək istədi

31 Oktyabr 2017 - 13:04
in SİYASƏT
FacebookVatsap
Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərindən dəstək istədi
“Ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək bildiririk ki, münaqişənin qısa vaxtda dinc yolla həlli üçün nəticəyə hədəflənmiş danışıqlara başlamağın vaxtı çatıb”.

Elchi.az-ın məlumatına görə, bu, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanan müraciətdə əksini tapıb.

Bunu da oxuyun

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Müraciətdə qeyd edilib ki, oktyabrın 30-da Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan digər ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirib. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb: “SSRİ-nin dağılmasından sonra öz müqəddəratını təyinetmə hüququndan istifadə edən Azərbaycan və Ermənistan müstəqil dövlət oldular. Lakin çox təəssüflər olsun ki, beynəlxalq hüquq və Avropada qəbul olunan Helsinki Yekun Aktı əsasında dövlətlərarası sivil əlaqələr Cənubi Qafqaz regionunda əsas meyara çevrilə bilmədi. İki ölkə arasında baş verən qanlı müharibənin fəsadları regionda hələ də sülh və sabitliyin bərqərar olmasına imkan vermir. On illiklər ərzində yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq müharibə odunun hər iki ölkəyə vurduğu maddi və mənəvi zərəri, o dəhşətləri yalnız statistik məlumatlarla ifadə etmək qeyri-mümkündür. Bu gün bütün təmas xəttində və hər iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri boyu səngərlər qazılıb və İkinci Dünya müharibəsini xatırladan minalanmış ərazilər var. Səngərlərdə gənc erməni və azərbaycanlı əsgərlər snayper tüfənglərinin optik nişanlarından bir-birlərini izləyirlər. Hər iki ölkədə böyüyən gənc nəslin bir-birləri haqqında təsəvvürləri müharibə və onun gətirdiyi ağrı əsasında formalaşır. Məlum aprel hadisələri bir daha göstərdi ki, müharibənin bərpa olunması faciəvi nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq hər iki ölkənin hərbi arsenalının genişlənməsi və hərbi risk amilinin ballistik raketlərə qədər artması müharibənin təhlükəsinin dəhşətli hüduda çatmasının göstəricisidir. Hərbi məqsədlər üçün xərclənən bütün bu resurslar bizim xalqlarımızın rifahı və həyatlarının çiçəklənməsinə xidmət edə bilərdi. Beynəlxalq hüquq normaları və beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər çərçivəsində münaqişənin tezliklə və ədalətli həlli bütün regionun iqtisadi inkişafına təkan verəcək. Bu da iki ölkə arasında sülh və əməkdaşlığa qiymətsiz töhfə olacaq. Bu halda nə qalib, nə də məğlub olacaq. Bu həm Ermənistan, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə əldə etməyə imkan verir. Belə bir ağrılı problemin həllində biz Sizlərə hərtərəfli yardım etməyə, hər iki ölkənin ictimaiyyətini sülhə hazırlamağa hazırıq”.

Müraciətdə bildirilir ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması yenidən təşkilatlanaraq çox mühüm və eyni zamanda çətin bir missiyanı – sülh quruculuğunu üzərinə götürüb: “Bilirik ki, bu yolda bizi çox çətin sınaqlar, təzyiqlər və hətta təhdidlər gözləyir. Buna baxmayaraq, biz inandığımız bu nəcib işdən, iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşaması istiqamətində apardığımız müqəddəs missiyadan bir addım da olsa geri çəkilməyəcəyik. Qurultay Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Tbilisidə, Yerevanda və Bakıda mənzil-qərargahlarının yaradılması, Ermənistanda və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib. Ümid edirik ki, Siz dövlət başçıları olaraq bizim bu istəyimizə və təklifimizə yox deməyəcək və sülh yaratma missiyasını həyata keçirmək üçün bizə lazımi dəstəyi verəcəksiniz”.

Previous Post

Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərindən dəstək istədi

Next Post

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Bənzər yazılar

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

02 Sentyabr 2026 - 18:28

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfər edib. Elchi.az xəbər verir...

Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

02 Sentyabr 2026 - 17:08

2 sentyabr tarixində Aşqabad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkmənistan Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib....

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

02 Sentyabr 2026 - 14:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul...

Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

02 Sentyabr 2026 - 14:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə...

Next Post

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Son xəbərlər

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

02 Sentyabr 2026 - 20:25
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

02 Sentyabr 2026 - 20:21
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07
ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05
KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

02 Sentyabr 2026 - 19:29
“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

02 Sentyabr 2026 - 18:40
Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

02 Sentyabr 2026 - 18:28
Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

02 Sentyabr 2026 - 18:16
ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

02 Sentyabr 2026 - 18:03
Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

02 Sentyabr 2026 - 17:55
Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.