İngiltərədə “Strep A” bakteriyasının törətdiyi infeksiyadan ölən uşaqların sayı 9-a yüksəlib.
Elchi.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda 5 yaşlı qız Strep A bakterial infeksiyasından ölən 9-cu uşaq olub.
Böyük Britaniyanın Təhsil üzrə Dövlət Katibi Nik Gibb bildirib ki, Strep A xəstəliyindən təsirlənən məktəblərə infeksiyanın məktəblərdə yayılmasının qarşısını almaq üçün antibiotiklər verilə bilər.
Gibb antibiotiklərin istifadəsinin bir seçim olduğunu və məsələnin dünən Lordlar Palatasında qaldırıldığını bildirib.
Şayəstə